GDU-nun tələbələri pərdə pulu, xalça pulu verməkdən bezib… – Tələbə şikayəti
GDU-nun tələbələri pərdə pulu, xalça pulu verməkdən bezib… – Tələbə şikayəti
22 Noyabr 2016 / 17:50 / Baxış sayı: 2016
Font1 Font2 Font3 Font4
Bizimxeber

Universitetlərdə, kolleclərdə hətta orta məktəb pul yığımları Azərbaycan təhsilinin baş bəlasıdır. Bu barədə nə qədər deyilsə də, yazıl sa da, heç bir nəticə yoxdur. Prosess hələ davam edir. Mikayıl Cabbarov yeni nazir təyin olunanda rektorların, məktəb direktorlarının kürkünə birə düşmüşdü ki, bəs yeni nazir belə hallara qarşı mübarizə aparacaq. Sonradan bəlli oldu ki, hələ qabaqda günləmiz var imiş… Bir sözlə təhsildə pul yığımları davam edir, Mikayıl Cabbarov isə bununla mübarizə apara bilmir. 

Bu günlərdə Gəncə Dövlət Universitetində təhsil alan bir qrup tələbə Bizimxeber.az-ın redaksiyasına qısa amma sözün həqiqi mənasında utandırıcı bir şikayət məktubu göndərib. Məkttubda cəmi 3 cümlə yazılıb… “Rektorun əmridir, pərdə alınacaq, hər tələbə 5 manat versin!, Dekan dedi ki, universitetə qonaq gələcək, ona xalça alınmalıdır, 5 manatdan yığırıq” və “Xadimələr üçün pul yığılır, 5 manatdan yıgın gəlib götürəcəklər!”… Bezmişik, Yusif Yusifov bizim dərimizi soydu!…

Tələbələrin bu üç cümləlik şikayət məktubndan başa düşülür ki, GDU rektoru tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini geridə qoyub. Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunub. ..

Bu barədə konkret faktlar yaxın günlərdə oxuyacaqsınız…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə