GDU-nun rektoru icra başçısı olmaq istəyir – İlqar Abbasov Suraxanını itirir
GDU-nun rektoru icra başçısı olmaq istəyir – İlqar Abbasov Suraxanını itirir
19 Oktyabr 2016 / 13:11 / Baxış sayı: 1350
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov Suraxanı rayonunda icra başçısı olmaq üçün mübarizə aparır.

Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın günlərdə vurulması gözlənilən Suraxanı rayon icra başçısı İlqar Abbasov işinin öhdəsindən gələb bilmir.

Rayonda olan sosial problemlər günü-gündən dərinləşir. Suraxanı rayonu sözün əsl mənasında ucqar və baxımsız bir rayonu xatırladır. Zaman-zaman Bakının ən diqqətdə dayanan rayonu ola Suraxanı İlqar Abbasovun baxımsızlığı üzündən dağılıb gedir. Elə bu səbəbdən də, onun bu vəzifədən uzaqlaşdırılması gözlənilir. Bəs, Suraxanı rayonunun yeni icra başçısı kim olacaq?

Məlumatda qeyd olunur ki, təhsil naziri Mikayıl Cabbarovun yaxın adamı olan GDU-nun rektoru Yusif Yusifov bu rayona icra başçısı gəlmək istəyir. GDU-dakı problemlərdən uzaqlaşmaq istəyən rektor icra başçısı postunun daha sakit və rahat olduğunu düşünür…

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə