GDU-da saxta diplomlu alimlər – REKTOR NİYƏ SUSUR?
GDU-da saxta diplomlu alimlər – REKTOR NİYƏ SUSUR?
03 Avqust 2016 / 13:51 / Baxış sayı: 2076
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gəncə Dövlət Universitetinin  coğrafiya kafedrasının müəllimi, siyasi elmlər namizədi alimlik dərəcəsi elmi adını almış Əhmədova Arifə Abbasəli qızına məxsus diplom saxtadır.

Çünki, Arifə Əhmədova 28 iyun 1994-cü ildə Tacikistan Respublikasının Bobocan Qafurov adına Xucənd  Dövlət Universitetinin  coğrafiya fakültəsini bitirməsi haqda diploma sahib olsa da, 2002-ci ildə Gəncə Dövlət Universitetinin əməkdaşlarından birinin, Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin rəhbərliyinə ünvanladığı sorğuya verilən cavab məktubunda yazılıb ki, “Arifə Əhmədovanın 1994-cü ildə coğrafiya ixtisası üzrə əyani və yaxud da qiyabi təhsil alması əmrdə qeydə alınmamışdır”. Sorğuya verilən cavab məktubu, rektor N.Y.Salimovun imzası və möhürü ilə də təsdiq olunmuşdur.

Arifə Əhmədovanın qol qoyduğu digər qanunsuzluqlardan biri də, “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki göstəriş kitabının müəlliflik hüququnu da öz adına çıxmasıdır. Qeyd olunan kitab 2007-ci ildə işıq üzü görmüş və müəllifi dosent Nuriyev Rəşad Məmməd oğlu olmuşdur. Həmin kitab eyni zamanda, Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının “Coğrafiya” bölməsinin 13 iyul 2007-ci il tarixli iclasının qərarı ilə də (protokol~4) təsdiq olunmuşdur. Amma, bütün bunlara baxmayaraq Arifə Əhmədovanın da müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı 2014-cü ildə işıq üzü görmüşdür,kitabda  müəllifin  dosent əvəzi (kitabın son səhifəsində Arifə  Əhmədova   GDU coğrafiya  fakültəsinin  dosenti  kimi qeyd olunub) Əhmədova Arifə Abbasəli qızının olduğu yazılmışdır. Eyni zamanda həmin plagiat  kitab Təhsil Nazirliyinin “Dərslik və Nəşriyyat” şöbəsinin 10 fevral 2014-cü il tarixli iclasının qərarı və 147 saylı protokolu ilə də təsdiq lunmuşdur(??????).

Qeyd olunan kitabları bir-birinə tutuşdurduqda açıqca bəlli olur ki, Arifə Əhmədovanın müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı, əvvəli kitabdan olduğu qaydada köçürülmüş, bu da dosent Nuriyev Rəşad Məmməd oğlunun müəlliflik hüququnun birbaşa oğurlanması deməkdir.

Bundan başqa,Arifə Əhmədlinin ikinci metodik vəsaiti isə Radanovun kitabından olduğu kimi köçürmədir.Saxta diplomla  siyasi elmlər namizədi olan bu adam hələ də bilmir ki,Baltikyanı  respublikalar  MDB üzvü deyil,tələbələr üçün hazırladığı  vəsaitdə  MDB  respublikalarının sayını 15 yazıb və Estoniya, Latviya, Litva respublikalarını da MDB üzvü  kimi qələmə verib.(????)

Onun-bunun əsərlərini köçürüb ,öz adına çıxanArifə Əhmədova indi də dosent elmi adını almaq üçün sənədlərini Ali Attestasiya Komissiyasına  göndərib.Bütün universitetə car çəkir ki,Ali Attestasiya Komissiyasında professor Arif Quliyevlə danışmışam ,mənim işimi həll edəcək.

Çox maraqlıdır  ki, Xucənd Universitetinin rektorunun onların təhsil müəssisəsində  belə bir şəxsin təhsil almadığını bildirən, bunu imzası və möhürü ilə təsdiq   edən rəsmi  cavab məktubuna  rəğmən  saxta diplomla Arifə Əhmədova nəinki, Gəncə Dövlət Universitetində  müəllimlik edir, hətta dissertasiya müdafiə edərək alimlik elmi adı  da almışdır. Təəccüblüdür, deyilmi? Bəlkə də Azərbaycan reallığı üçün “yox” demək olar, amma… fərqinə varanda, çox acınacaqlı reallıqdır.

Bizim üçün çox maraqlıdır,Arifə Əhmədova saxta diplomla nazirlik statusunda olan, elmi işlərin ekspertizasını həyata keçirən bir dövlət orqanında, bir qurumda  elmi iş müdafiəsinə necə buraxılıb? Ona necə elmi dərəcə verilib? Yəni doğrudanmı  saxta  diplomla  çox hörmətli  Arif  Mehdiyevin  sədrlik  etdiyi  AAK-da  elmi  iş müdafiə edib elmi rütbəyə yiyələnmək, alim olmaq mümkündür? Komissiyanın ekspertləri  bu  saxta  diplomu  kənara qoyub  Arifə Əhmədovanın  plagiat əsərlərinə  görə   ona  necə  elmi titul verir? Çox fikirləşirik,buna cavab tapa bilmirik…     Bundan başqa  Tacikistan mənşəli  bu saxta diplom   Azərbaycanda Təhsil  Nazirliyi  tərəfindən nostrifikasiya prosedurundan keçməyib. Çünki ağlı başında olan hər hansı normal adam saxta diplomu nostrifikasiya üçün nazirliyə verməz, o diplomun doğruluğunun araşdırılmasına risk etməz. Bildirmək istəyirik ki,lap tutaq  ki, hətta əgər o diplom saxta yox, həqiqi olsa belə, əgər nostrifikasıya olunmayıbsa, GDU-nun coğrafiya kafedrasının müəllimi Arifə Əhmədovanın haqqında bəhs etdiyimiz həmin diplomu Azərbaycan təhsil sistemi üçün yenə yararsız sayılır.

Nə qədər ki, gec deyil  saxta diplomla elmi dərəcə alıb Gəncə Dövlət Universitetində müəllimlik edən Əhmədova Arifə Abbasəli qızının əlindən tutub auditoriyadan səssiz-səmirsiz çıxarmaq, o saxta diplomu da müsadirə edib əşyayi-dəlil kimi cinayət işinin arasına qoymaq, illərdən bəri dövlət büdcəsinə vurulmuş maddi zərəri ödətdirmək lazımdır (çünki, o, illər ərzində saxta diplomla müəllimlik edərək dövlətdən külli miqdarda maaş alıb).

Bunlardan əlavə Arifə Əhmədovanın  diplom saxtakarlığından başqa  bir  insan kimi, ələlxüsus da qadın kimi necə bir əxlaq sahibi, necə bir mənəviyyat daşıyıcısı, qadın-müəllim kimi hansı xarakterə malik olduğunun, bir sözlə, kimliyinin üstünə aydınlıq gətirmək istəyirik.. Aşağıdakı təqdimat  bu adam haqqında   təəssürat almaq üçün tam  yetərlidir.

Bu təqdimat o zaman Arifə Əhmədovanın işlədiyi  “Coğrafiya” kafedrasının müdiri olan, dosent Ə.M.Məmmədov tərəfindən  həmin vaxtlar  GDU-nun rektoru olan professor  Mübariz  Yusifova ünvanlanıb. Biz  Arifə Əhmədova  üçün xarakteristika  olan həmin təqdimatı nöqtə-vergülünə belə toxunmadan olduğu kimi  Sizə göndəririk.      “Cənab rektor, coğrafiya kafedrasının müəllimi Arifə Əhmədovanın yaramaz və kobud antipedaqoji hərəkətləri barədə 3 avqust 1999-cu il tarixdə Sizin yanınızda olub hər şeyi danışmışam.

Bundan başqa rəsmi surətdə Sizə yazıb məlumat vermişəm. Təəssüflər olsun ki, keçən il həmin hadisələrdən sonra Arifə  Əhmədova haqqında heç bir tədbir görülmədi. Elə ona görə də bu il 27 may 2000-ci il tarixdə Arifə Əhmədova məni ən pis söyüşlə təhqir etmiş və kafedranın dörd üzvü yanında hətta məni qənd qabı ilə vurmaq da istəmişdir, lakin ona imkan verməmişlər.

Hörmətli Mübariz müəllim, vaxtınızı almamaq üçün Arifə  Əhmədova haqqında aşağıdakıları bildirirəm:

-Arifə Əhmədova kafedrada özünü çox nalayiq aparır;
-Ən pis küçə söyüşlərini və sözlərini kafedrada adi söz kimi işlədir;
-Kafedrada ən intizamsız müəllimdir, çoxlu dərs buraxır (onlarca fakt var);
-Kafedrada hegemonluq edir, hətta müəllim yoldaşlarla danışıqda deyir ki, “mənimlə   belə … danışma. Soruşanda ki, axı sən kimsən? Cavab verir ki, “mən böyüklərin böyüyüyəm”;
-Tələbələr yanında müəllim kimi nüfuzu yoxdur;

-Heç nədən tələbələri incidir (1-ci kurs tələbəsi Kubışev  Uğur Nadir  oğlunu kafedraya salıb şillələyib);
-Uzaq kompleks təcrübə zamanı idarə rəhbərləri yanında nalayiq hərəkətlər edir (faktlar var);
-Üzünü koridora tutub hamının qarşısında deyir ki, “onsuz da burada kişi yoxdur” və s. çoxlu fakt göstərmək olar.

Sizdən xahiş edirəm, Arifə  Əhmədova barədə olduqca ciddi tədbirlər görəsiniz. Elə etməyin ki, mən müvafiq sənədlərlə hüquq-mühafizə orqanlarına müraciət edim.

İmza:                          dos. Ə.M.Məmmədov
“Coğrafiya” kafedrasının müdiri

Universitet koridorunda durub “burda kişi yoxdur”deyə  hayqıran ərsiz bir qadının belə ikibaşlı, üçbaşlı cümlə səsləndirməsinin fərqinə hörmətli Mıkayıl Cabbarov varmalıdır.

Arifə Əhmədova siyasi elmlər namizədi elmi dərəcəsi olduğuna və siyasi baxışlarına görə  yox, karyera xatirinə və başlıcası da toxunulmazlıq statusu qazanmaq, etdiyi saxtakarlıqları risk edib kimsənin üzə çıxarmaması üçün öncə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olub. Amma  çox çəkməyib ki, yuxarıdakı təqdimatda  qeyd edilən qaba və qadın üşün ikrah hissi doğuran davranışlarına görə bu partiyadan uzaqlaşdırılıb.

Sonra… isə   Azərbaycan İslam Partiyasına  daxil olub. Mapaqlıdır, universitet hara, qeyri-əxlaqi davranış hara, hicab hara? Sonda onu qeyd etmək istəyirik ki, Arifə Əhmədovanın oğlu Murad ANS  televiziyasında işləyir. Həm Arifə Əhmədova, həm də oğlu nurçulara yaxın şəxsdir. ANS televiziyası baglandıqda öz səhifəsində status yazıb ki, ANS-i bağlayanlar ermənilərlə iş birliyindədir, müxtəlif sosial şəbəkələrdə dövlətçiliyimiz əleyhinə təbliğat aparır. Bundan başqa sosial şəbəkələrdə  “ANS-i  qaytaraq “adlı səhifə  yaradıb imza  toplamaqla məşğuldur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə