Gənc müğənni ölümün bir addımlığında  – DƏSTƏK OLAQ! – FOTO
Gənc müğənni ölümün bir addımlığında  – DƏSTƏK OLAQ! – FOTO
22 Avqust 2016 / 13:12 / Baxış sayı: 1432
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gənc mügənni və şoumen Ramil İsgəndərli ürəyində olan problemlərdən dolayı əziyyət çəkir.

R.İsgəndərli üzləşdiyi bəladan qurtarmaq üçün mətbuat vasitəsiylə dostlarına, mədəniyyət və incəsənət nümayəndələrinə, xeyirseverlərə səslənir.

O, bildirir ki, 2 dəfə güclü infrakt keçirib və hər an həyatı təhlükədədir:

“Ürəyimdən cərrahiyyə əməliyyatı olunmalıyam. Bunun üçün ümumi 15 min AZN pul lazımdır. Ailə üzvlərim, bəzi dostlarımın sayəsində məbləğin bir qismini toplaya bilmişəm. Hazırda 4000 AZN lazımdır ki, bu bəladan qurtulum. Hər keçən gün halım pisləşir. Həkim nəzartində olsam da, müalicəsi İran İslam Respublikasında baş tutmalıdır. Həkimlər tez bir zamanda əməliyyat olunmağımı istəyirlər, amma biçarə qalmışam. Zaman əleyhimə işləyir…”

Qeyd edək ki, R.İsgəndərliyə dəstək olmaq üçün aşağıdakı bank hesab nömrəsinə və “MilliÖn” vasitəsiylə adına açılmış hesabına pul köçürə bilərsiniz.

AQBANK.HESAB.ID338111. DOQUMNTARIXI 18.09.1977.

Əlaqə telefon nömrəsi: (+994 50) 361 32 63

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə