Gəncədə YAP-ın yaradılmasının 24 illiyi qeyd olundu-Foto
Gəncədə YAP-ın yaradılmasının 24 illiyi qeyd olundu-Foto
19 Noyabr 2016 / 17:32 / Baxış sayı: 996
Font1 Font2 Font3 Font4
Bizimxeber

YAP Gəncə şəhər Təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyinə həsr olunmuş geniş tədbirlərplanına uyğun olaraq, bu gün partiyanın Qərargahında gənclərlə görüş keçirilib. Görüşdə YAP Gəncə şəhərTəşkilatının Sədri, millət vəkili Naqif Həmzəyev, İdarə Heyəti və Şura üzvləri Fuad Əliyev, İbrahim Cəfərov, Mehman Rzayev, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, tələbə-gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şəhər Partiya Təşkilatının Sədri Naqif Həmzəyev iştirakçıları salamlayaraq, onları partiyanın 24 illiyi münasibəti ilə İdarə Heyətinin üzvləri adından təbrik edib və bu əlamətdar tarixi hadisənin ölkəmizin hər yerində olduğu kimi, qədim mədəniyyət mərkəzi Gəncədə də möhtəşəm zəfərlərin təzahürü olaraq yüksək təntənələrlə qeyd olunduğunu vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində yaradılan, ölkəmizin sağlam və mütərəqqi qüvvələrini öz sıralarında birləşdirərək cəmiyyətdə aparıcı mövqe tutan, nüfuzlu və qüdrətli ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının 24 ildə keçdiyi çətin və şərəfli mübarizə tarixindən, Azərbaycanın böyük uğurlarının flaqmanı olaraq qazandığı görkəmli nailiyyətlərdən, bütün seçkilərdə qələbələr və zəfərlərə imza ataraq alternativsiz, yenilməz siyasi quruma çevrilməsindən, partiyanın sıralarında ziyalıların, gənclərin, qadınların əksəriyyət təşkil etməsindən böyük qürur və fərəh hissi ilə söhbət açıb.

“Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu onun sədaqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan sürətlə inkişaf edir, güclənir və beynəlxalq miqyasda nüfuzu getdikcə artır. Bu davamlı tərəqqi fövqündə dahi Heydər Əliyevin daim diqqət və qayğı göstərdiyi Şeyx Nizami yurdu da intibahının yeni dövrünü yaşayır, hər gün dəyişir, gözəlləşir və dünyanın ən müasir şəhərlərindən biri olaraq şöhrətlənir. Gəncə gənclərinin yüksək fəallığının göstəricisi olaraq, bu gün Gəncə “Avropanın Gənclər Paytaxtı” adını şərəflə daşıyır, gələcəkdə Avropanın Gənclər Paytaxtı olacaq şəhərlərə örnək göstərilir. Bütün bunlar Heydər Əliyev ideyalarının təntənəsidir. Bu işıqlı və nurlu ideyalar ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşən xalqımızı, bütün partiya fəallarını daha böyük zirvələrə aparacaq”- Şəhər Partiya Təşkilatının Sədri Naqif Həmzəyev deyib.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi, idarə heyyətinin üzvü Fuad Əliyev ölkə başçısı cənab İlham Əliyevin gənclərə hər zaman xüsusi diqqət göstərdiyini, dövlət gənclər siyasətinin bəhrəsi olaraq elm sahəsində də gənclərin çox böyük nailiyyətlər əldə etdiyini deyib. Gəncə gənclərinin bütün sahələrdə yüksək fəallıq göstərdiyini, Gəncə 2016- Avropanın Gənclər Paytaxtı çərçivəsində Gəncədə keçirilən möhtəşəm tədbirlərin, gənc alim və mütəxəssislərin konfransının, 2-ci Elm Festivalının, Avropa Gənclər Festivalının, Türk Şurası Gənclər Festivalının gənclərin beynəlxalq əlaqələrinin və işgüzar münasibətlərinin genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

İdarə Heyətinin üzvlərindən İbrahim Cəfərov, Mehman Rzayev və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın 24 il ərzində dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində, gənclərin fəallığının, intellektual səviyyəsinin yüksəldilməsində müstəsna xidmətlərinin olduğunu diqqətə çatdırıblar.

O da vurğulanıb ki, şəhərimizdə təşəbbüskar, bacarıqlı, çox işgüzar, yüksək təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik olan istedadlı gənclik yetişir. Bu gün rəhbər və məsul vəzifələrdə işləyənlərin 50-60 faizinin gənclər olması qürur doğurur.

Sonda şəhərimizin ictimai-siyasi həyatında, partiya tapşırıqlarının yerinə yetirilməsində fəallığı ilə fərqlənən ərazi ilk partiya təşkilatlarının sədrlərindən və gənc fəallardan bir qrupuna YAP Gəncə şəhər Təşkilatının Fəxri fərmanları, qiymətli hədiyyələr və gül-çiçəklər təqdim olunub.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə