Gəncədə seçicilərin aktivliyi müşahidə olunur
Gəncədə seçicilərin aktivliyi müşahidə olunur
26 Sentyabr 2016 / 14:12 / Baxış sayı: 506
Font1 Font2 Font3 Font4
Bizimxeber

Respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də bütün seçki məntəqələri saat 8:00-da qapılarını seçicilərin üzünə açıb. ARB Kəpəz xəbər verir ki, elə ilk saatlardan məntəqələrdə səsverənlərin aktivliyi müşahidə olunub.

Səhərin erkən saatlarından etibarən referendumda səsverənlərin aktivliyi müşahidə olunur. Gəncədə 4 seçki dairəsi üzrə 107 seçki məntəqəsi var. Bu məntəqələrdə ümumilikdə 146 720 seçici qeydiyyatdadır ki, onlardan da 753 nəfəri ilk dəfədir öz səs vermə hüququndan istifadə edir.

Gəncədə 2 saylı istintaq təcridxanası və hərbi hissələrdə əlavə 5 qapalı səsvermə məntəqəsi də yaradılıb. Burada daha 4142 nəfər səs verəcək. Gəncədə səsvermə prosesini 1496 yerli müşahidəçi izləyir. Dairə Seçki komissiyalarından verilən məlumata görə, 22 məntəqədə “exit-poll” keçirilir. Qeyd edək ki, 37, 38, 39 və 40 saylı Seçki dairələrinin 44 məntəqəsində əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar quraşdırılıb. Səsvermə prosesini canlı izləmək üçün 41 məntəqədə veb-kameralar aktivdir və gün ərzində internet, rabitə və elektrik təminatında problem yaşanmaması üçün qabaqlayıcı tədbirlər görülüb.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq. Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir.

Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır. Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə