Gəncədə Park Bulvar Kompleksi açıldı
Gəncədə Park Bulvar Kompleksi açıldı
03 Oktyabr 2016 / 14:37 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mərasim iştirakçılarını rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xan obrazları qarşılayıblar. Tədbir iştirakçıları Azərbacan xalqının əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən güşələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, els ənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.

Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Gənxə Musiqi Kollecinin, Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansanbılı və solistlərinin, Gəncə Dövlət Kamera Orkestrı solistlərinin ifaları, milli rəqs nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb. “Gəncəçay” Park Bulvar Kompleksində tədbir iştirakçıları cizgi filimlərinin qəhrəmanlarının rəqsinə tamaşa edib. Gəncə şəhər uşaq bağçalarının kollektivləri onlar üçün ayrılmış güşədə maraqlı rəqs nömrələri ilə qonaqları salamlayıblar. Qonaqlar təsviri sənət əsərlərindən ibarət sərgi ilə tanış olublar. Xor kollektivlərinin ifaları tədbirə xüsusi rəng qatıb. Qonaqlar tədbirdə Azərbaycan kətəsinin, təndir çörəyinin, mürəbbələrinin, şirniyyatlarının, plovlarının və dolmalarının dadadına baxıblar. Tədbir iştirakçılarına “Gəncəçay” Park Bulvar Kompleksində Gəncənin tarixi, mədəniyyəti, ərazisini, dahi xadimlərini özündə əksetdirən rəsm sərgisi nümayiş edilib. Bununla yanaşı, samavar, çirəliqab, mejmayi, səhənglərdən ibarət əşyaların sərgisi qonaqların diqqətini çəkib.

“Gəncəçay” Park Bulvar Kompleksindən sonra mərasim iştirakçıları əllərində Azərbaycanın üçrəngli bayrağını tutan Gəncə Avropa Gənclər Paytaxtı layihəsinin könüllülərinin müşayəti ilə “Gəncə Avropa Gənclər Paytaxtı- 2016” parkına gəliblər. Parkda Gəncə Musiqi Kollecinin tələbələri fləşmob nümayiş etdirərək, Azərbaycanın qədim alətlərində çalaraq, mahnı ifa ediblər.

Daha sonra parkda ayrılmış xüsusi yerdə xatirə ağacları əkilib. Festival Qala

Qapıları tarix etnoqrafiya muzeyinin qarşısında təmtəraqla davam edib.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə