Gəncədə Müstəqillik Günü… Gəncə Beynəlxalq Uşaq Klubunun açılışı oldu
Gəncədə Müstəqillik Günü… Gəncə Beynəlxalq Uşaq Klubunun açılışı oldu
18 Oktyabr 2016 / 18:32 / Baxış sayı: 1088
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri açılış mərasimində iştirak ediblər.

İcra başçısı bildirib ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində məktəbəqədər uşaq tərbiyə müəssisələri də yenidən qurulur. Gəncə Beynəlxalq Uşaq Klubu da onlardan biridir. 

Elmar Vəliyev diqqətə çatdırıb ki, Gəncə şəhərində növbəti ay daha bir uşaq bağçasının açılışı olacaq. 2017-ci ildə də məktəblərin və uşaq tərbiyə müəssisələrinin təmiri davam etdiriləcək. İcra başçısı qeyd edib ki, ilin sonuna qədər 4 məktəb, 4 peşə məktəbi, 1 ingilis dili təmayüllü internat tipli məktəbin açılışı olacaq.

Gəncə Beynəlxalq Uşaq Klubu ilə tanışlıq zamanı məlumat verildi ki, bina 150 yerlikdir. Burada rus və azərbaycan bölmələri, rəsm, idman, musiqi, rəqs və ingilis dili dərnəkləri fəaliyyət göstərir. Həmçinin ibtidai sinif şagirdləri burada həftənin 5 günü hazırlıq keçə biləcəklər.

Binada 2 yeməkxana və 6 qurppa üçün yataqxana, psixoloq, tibb, müəllimlər otağı, idman, oyun və akt zalı fəaliyyət göstərir. Ümumi ərazisi 47 sot olan Gəncə Beynəlxalq Uşaq Klubunun ətrafı abadlaşdırılaraq yaşıllıq zolağı salınıb. Kulubun həyətində uşaqların əyləncəsi üçün attraksionlar quraşdırılıb. Açılış mərasimində fidanların rəngarəng rəqslərinə tamaşa olunub. Balacaların çıxışları alqışlarla qarşılanıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə