Gəncədə III Bayraq Festivalı keçirilib
Gəncədə   III Bayraq Festivalı keçirilib
08 Noyabr 2016 / 18:01 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına daxil olan məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Nizami yurdunda Dövlət Bayraq Günü münasibəti ilə III Bayraq Festivalı keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Millət Vəkilləri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi “Bayraq Meydanı”nda təşkil olunan tədbir ulu öndər Heydər Əliyevin Azərbaycan bayrağı haqqında dediyi sitat ilə başlayıb.

Festivalda Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Dövlət Bayrağı haqqında video-çarx nümayiş edilib. Dövlət Rəqs Ansamblı qrupunun ifasında “Misiri”, “Atəşgah” və başqa rəqslər ifa olunub. Gənc mügənni Xəyyam Mustafazadə Müslim Maqomayevin “Ey əziz anam, Azərbaycan” mahnısını ifa etdikdən sonra Prezident İlham Əliyevin Azərbaycan bayrağı haqqında söylədiyi sitat səslənib. Musiqi sədaları altında hərbçilər tərəfindən göstərilən tamaşa iştirakçıların marağına səbəb olub.

Bəxtiyar Vahabzadənin “Bayraq”, Cəfər Cabbarlının “Azərbaycan bayrağı”, Nəriman Həsənzadənin “Azərbaycan” və Məmməd Arazın “Azərbaycan dünyam mənim” şerlərinin oxunması ilə yanaşı festivalda Nicat Cəfərzadə – “Anam mehribanım, Azərbaycanım”, Tural Abdullayev “Gəncə”, Ayaz Qasımov Polad Bülbüloğlunun “Azərbaycan”, Kənan Qədimov “Ey vətən”, Abbas Bağırov “Yaşa, yaşa, mənim xalqım” mahnılarını ifa ediblər.

Mübariz Tağıyevin ifasında mahnılar səsləndirilib. Bununla yanaşı fidan balalar “Azərbaycan” şerini söylədikdən sonra festivalda Səməd Vurğunun “Azərbaycan” şeiri və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” şerləri söylənilib.

Azərbaycana, Gəncəyə, Bayrağa və vətənpərliyə həsr olunmuş mahnıların səsləndirildiyi, şerlərin söyləndiyi festival Dövlət Rəqs Ansamblı qrupunun ifasındakı rəqs nömrəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Bizimxeber.az

10712845_1252591531478889_7662166901262600451_n 14639626_1252591421478900_1276567365400634424_n 14915281_1252591571478885_8720665802965614358_n 14915294_1252591511478891_7087667169120247050_n 14925453_1252591368145572_1067441192288020984_n 14938363_1252591291478913_2382741597689956119_n 14947482_1252591668145542_3905279331441072201_n 14980573_1252591678145541_5505988521892770539_n 14980582_1252590991478943_6399106450858569418_n 14991939_1252591471478895_2233113548196127255_n 15027422_1252591414812234_1497262965730662323_n 15032075_1252591324812243_2024874202211524702_n



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə