Gəncədə II Elm Festivalının bağlanış mərasimi keçirilib
Gəncədə II Elm Festivalının bağlanış mərasimi keçirilib
05 Noyabr 2016 / 17:51 / Baxış sayı: 2118
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tədbirə başlamazdan öncə fetival iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Sonra Qonaqlar Miniatür Kitab Muzeyinin Gəncə filialı ilə yaxından tanış olublar.

Məlumat verilib ki, Miniatür Kitab Muzeyinin Gəncə filialında təkcə Azərbaycanın deyil, həm də digər ölkələrdən olan görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr edilmiş mini kitablar, dünya ədəbiyyatının nadir incilərini olan mini kitablar və rəngli illüstrasiyalı uşaq miniatür kitabları oxuculara təqdim olunur. Həmçinin miniatür dini kitablar, o cümlədən, ekspozisiyanın 15-ci vitrinində 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir.

Muzeylə tanışlıqdan sonra II Elm Festivalının iştirakçıları Qədim və Müasir mədəniyyət Mərkəzi “Gəncə” adlı sərgiyə baxış keçiriblər. Sərgilənən kitablar və Gəncə elmi mühitini əks etdirən videoçarx maraqla izlənib.

II Elm Festivalının bağlanış mərasiminə həsr edilən toplantıda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev giriş nitqi ilə çıxş edərək qonaqları dünya şöhrətli şair və filosov Nizami Gəncəvinin vətəni Gəncə şəhərində salamlamaqdan məmnun olduğunu bildirib. Elmar Vəliyev ikinci dəfə keçirilən Elm Festivalının Respublikamız üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, tədbirin ölkəmizdə elm sahəsində əldə edilən uğurların təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx bağlıdır. Bu gün sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolu elmin inkişafından asılıdır. Azərbaycanda elmin inkişafı daim dövlətin diqqət mərkəzindədir.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi Əhliman Əmiraslanov bildirib ki, Festival AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə keçirilir. Akademik Əhliman Əmiraslanov II Elm Festivalının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. Akademik bildirib ki, festivalın

əsas məqsədi son illər əldə etdiyimiz elmi nailiyyətləri geniş ictimaiyyətə çatdırmaq, gənclərdə elmi-tədqiqat işlərinə maraq oyatmaqdır. Akademik Əhliman Əmiraslanov festivalın Azərbaycan elminin inkişafında mühüm rol oynayacağına əminliyini bildirib.

AMEA-nın vitse prezidenti İbrahim Quliyev çıxışında AMEA-nın təşəbbüsü ilə keçirilən festivalın elm və cəmiyyət arasındakı dialoqun qurulmasına xidmət etdiyini söyləyib. O, II Elm Festivalının Gəncə şəhərində keçirilməsinin əlamətdar hadisə olduğunu və Gəncə elminin inkişafına böyük töhfə verəcəyini bildirib.

AMEA-nın Gəncə Bölməsinin Akademik katibi Fuad Əliyev çıxış edərək Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesinin elmi-tədqiqat müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib. Akademik elmi əlaqələrin qurulmasından və elmi əməkdaşlığın səviyyəsini artırmaq məqsədi ilə atılması vacib addımlardan söz açıb.

Ümümrusiya Elim Festivalının Direktoru Leonid Qusev müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanması, onların düzgün istiqamətləndirilməsi və bütün sferalarda fəaliyyətlərinin artırılmasına dəstək göstərməyin son dərəcə vacib olduğunu qeyd edib. Bütün alim və mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

Çıxışlardan sonra elmin müxtəlif sahələri ilə bağlı yığıncaq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Bildirək ki, festival öz işinə universitetlərdə bölmə iclasları və görüşlərlə yekun vuracaq.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə