Gəncədə divar uçqununda ölənin qohumları tibb bacısını döydü-YENİLƏNİB
Gəncədə divar uçqununda ölənin qohumları tibb bacısını döydü-YENİLƏNİB
16 Sentyabr 2016 / 20:30 / Baxış sayı: 464
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında tibb bacısı xəstə yaxınları tərəfindən döyülüb.

“Report”un Qərb bürosu xəbər verir ki, naməlum şəxslər qohumlarının ölməsinə etiraz olaraq xəstəxananın tibb bacısını döyüblər.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin (RPİ) Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, bu gün Gəncə şəhərinin “Qırmızı Kənd” deyilən ərazisində evlərdən birinin divarının uçması nəticəsində 2002-ci il təvəllüdlü Sona İsmayılova və onun bacısı 2001-ci il təvəllüdlü Mehparə İsmayılova uçqunun altında qalaraq ağır xəsarətlər alıb. S.İsmayilova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. M.İsmayılovanın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

***18:29

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin “Vtoroy çast” deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.

Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onların kimliyi dəqiqləşdirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə