Gəncədə uşaq bağçası və poliklinika istifadəyə verildi
Gəncədə uşaq bağçası və poliklinika  istifadəyə verildi
30 Sentyabr 2016 / 11:18 / Baxış sayı: 734
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi, şəhər ictimayyətinin nümayəndələri açılış mərasiminlərində iştirak ediblər.

Rəmzi qırmızı lent kəsildikdən sonra 25 № li körpələr evi-uşaq bağçası ilə tanışlıq zamanı məlumat verilib ki, uşaq bağçasının təmiri layihəsi Yaponiya dövləti ilə Azərbaycan dövləti arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi Yapon xalqının qrant yardımı hesabına həyata keçirilib.

Layihə üzrə qrant sazişi Yaponiya səfirliyi ilə “Gələcəyə Körpü” GİB arasında 29 yanvar 2016-cı il tarixində imzalanıb. Uşaq tərbiyə müəssisəsi 240 yerlikdir. İki mərtəbəli 2 korpusdan ibarət olan bağçada rəhbərliklə birlikdə 50 nəfər işçi çalışır.

Bina əsaslı şəkildə yenidən qurularaq müasir istilik sistemi ilə təhciz edilib. Korpusların hər biri qrup, yataq, soyunub-geyinmə otağı, sanitar qovşağı, oyun zalı və digər yardımçı otaqlardan ibarətdir. Bağça ilə tanışlıqan sonra fidanların ifasında milli və yapon rəqslərinə tamaşa olunub. Balacaların çıxışları alqışlarla qarşılanıb.

5 №-li Poliklinikanın təmiri layihəsi də Yaponiya dövləti ilə Azərbaycan dövləti arasında dostluq və əməkdaşlıq lahiyyəsi kimi Yapon xalqının qrant yardımı hesabına həyata keçirilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhərin Şıxzamanlı qəsəbəsində əhaliyyə keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədi ilə 5 №-li poliklinika əsaslı şəkildə yenidən qurulub. Tibb ocağı yeni avadanlıqlarla təchiz edilib. Bu gün istifadəyə verilən 5 №-li poliklinika müasir tələblər səviyyəsində təmir olunub.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi vurğulayıb ki, 2000-ci ildən 2016-cı ilə kimi Yaponiya dövləti tərəfindən Gəncə şəhərində 14 layihə həyata keçirilib. Bu layihələr müxtəlif sahələri əhatə edib. Məqsəd insanların həyat şəraitini yaxşılaşdırmaq və onlara dəstək olmaqdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə