Gəncədə əməliyyatda ölən qızın qohumları həkimləri döydü
Gəncədə əməliyyatda ölən qızın qohumları həkimləri döydü
23 Avqust 2016 / 15:02 / Baxış sayı: 722
Font1 Font2 Font3 Font4
Bizimxeber
Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər.
Bizimxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə əməliyyat aparılan “Yeni Gəncə” özəl tibb mərkəzindən məlumat verilib.
Məlumata görə, ötən gün burun çəpərindən əməliyyat edilməsi üçün mərkəzə daxil olan 1999-cu il təvəllüdlü Aygül Orucovanın səhhəti əməliyyatdan sonra pisləşib və ona 30 dəqiqəyə kimi tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Mərkəzdən bildirilib ki, A.Orucovanın qohumları əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Xəsarət alan həkim və anestezioloq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Aygül Orucova bu il Bakı Dövlət Universitetinə qəbul olub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə