Gələcəkdə çox pensiya almaq üçün…
Gələcəkdə çox pensiya almaq üçün…
07 Sentyabr 2016 / 13:54 / Baxış sayı: 1046
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı artıb. Bu ilin yanvar-avqust aylarında 128964 nəfər qeydiyyata alınıb və beləliklə, qeydiyyatda olanların sayı 3309118 nəfərə çatıb.

Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara gələcəkdə etibarlı pensiya təminatı üçün fərdi hesabında pensiya kapitalı formalaşdırmağa imkan verir. “Fərdi şəxsi hesabı açılmış vətəndaşlar sırasında 30-40 yaşlarında olanlar daha çoxdurlar və onlar fərdi uçot sistemində qeydiyyata alınmış şəxslərin 25,2 faizini təşkil edirlər. Həmçinin sistemdə fərdi şəxsi hesabı açılanların 20,4 faizi 30 yaşa qədər olanlar, 20,1 faizi 40-50 yaş aralığında olanlar, 21,1 faizi 50-60 yaş aralığında olanlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə vətəndaşlar istədikləri vaxtda fərdi şəxsi hesablarındakı pensiya kapitalı barədə məlumat əldə edə bilirlər. Bu, onlara həmçinin işəgötürənlərin onlar üçün əmək haqqına uyğun həcmdə məcburi dövlət sosial sığorta haqqı köçürdüklərinə nəzarət etmək imkanı verir”, – E.Babayev əlavə edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə