Gədəbəy rayonunda yol tikintisinə vəsait ayrılıb
Gədəbəy rayonunda yol tikintisinə vəsait ayrılıb
29 İyul 2016 / 19:07 / Baxış sayı: 810
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə