Fuad Poladov yeni filmə çəkildi
Fuad Poladov yeni filmə çəkildi
30 Noyabr 2016 / 9:10 / Baxış sayı: 606
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xalq artisti Fuad Poladov bu günlərdə çəkilən “Mələyin öpüşü” filmində aldığı roldan danışıb. Bizimxeber.az xəbər verir ki, xalq artisti filmə rejissora görə çəkildiyini deyib:

“Filmə təklif alandan sonra maraqlandım. Gördüm ki, rejissor istedadlı oğlandır, Amerikada təhsil alıb, qayıdıb. Onun filminə çəkilmək mənə maraqlı gəldi, razılıq verdim. Filmdə valideyinəm, ata obrazını canlandırıram. Ürəyimcə oldu. Artıq film çəkilişləri bitib, görək tamaşaçı nə deyəcək?”

Qeyd edək ki, Oksana Rəsulovanın rəhbəri olduğu “Oskimedia”nın istehsalı olacaq filmin rejissoru Əsgər Əli Hacızadə, operatoru Nadir Mehdiyevdir.

Filmdə xalq artistləri Fuad Poladov, Şamil Süleymanov, əməkdar artist Münəvvər Əliyeva, aktrisa Təranə Əliyeva, telaparıcı Şəhriyar Əbilov, müğənni İlhamə Qasımova çəkilir.

Qeyd edək ki, bir müddət öncə açıqlamasında Fuad Poladov hər filmə cəkilməyə razılıq vermədiyini demişdi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə