Fransız biznesmen burkini cəriməsini öz boynuna götürdü
Fransız biznesmen burkini cəriməsini öz boynuna götürdü
22 Avqust 2016 / 17:08 / Baxış sayı: 668
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fransız biznesmen ölkəsində burkini qadağasından dolayı pul cəriməsini ödəməyə hazır olduğunu bildirib. Bizimxeber.az saytı The İndependent nəşrinə istinadən bildirir ki, o artıq bir neçə qadının cəriməsini ödəyib.

Əlcəzairli iş adamı Rəşid Nekkaz burkini və niqab geyinməyin tərəfdarı olmasa da demokratik ölkədə geyim qadağasına qarşı bu yolu seçib.

“Fransız hökumətinin vətəndaşların azadlıqlarını pozduğunu harda görsəm çek kitabçamı çıxardacam”,-Nikkaz jurnalistlərə intervyusunda deyib. Onun sözlərinə görə, “indi Fransada müsəlman olmaq qadağandır” təəssüratı yaranır.

2010-cu ildə Nekkaz niqab geyinmək qadağası qoyulandan sonra geyinən qadınların cəriməsini ödəmək üçün 1 milyon avro həcmində  “Azadlıq qoruma fondu” yaratmışdı. Bu günə kimi biznesmen 232 min avro dəyərində cərimə ödəyib.

Bizimxeber.az 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə