Fransanın “Lill” futbol klubu cavab oyunu üçün gələcək
Fransanın “Lill” futbol klubu cavab oyunu üçün gələcək
01 Avqust 2016 / 12:45 / Baxış sayı: 578
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi Fransanın “Lill” klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib.

“Qəbələ” klubundan verilən məlumata görə, Fransa təmsilçisi oyundan bir gün öncə – avqustun 3-də paytaxtda olacaq.

Çarter reysi ilə Bakıya səfər edəcək “Lill” saat 10:20-də Heydər Əliyevadına Beynəlxalq Hava Limanına eniş edəcək.

Avqustun 4-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Fransada keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alınıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə