Fransada təcridxanadakı girovlar azad edilib – YENİLƏNİB
Fransada təcridxanadakı girovlar azad edilib – YENİLƏNİB
04 Avqust 2016 / 18:37 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fransanın Le Man şəhərində yerləşən istintaq təcridxanasında məhbuslardan birinin saxladığı girovlar azad edilib.

“Report” Fransa KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Jan-Jak Urvo məlumat verib.

“Le Mandakı təcridxananın ələ keçirilməsi məsələsi həll olunub. Heyətin soyuqqanlılığı və girov götürülən həbsxana əməkdaşının fədəkarlığı sayəsində hər şey yaxşı qurtardı”, – deyə nazir “Twitter” səhifəsində yazıb.

O, girovların azad olunmasının detallarını qeyd etməyib.

Fransa mətbuatının yazdığına görə, təcridxanada 2 nəfəri girov götürən məhbus narkotik qaçaqmalçılığında ittiham olunub və o, girov götürdükdən sonra başqa həbsxanaya kğçürülməsini tələb edib.

*** 14:58

Fransada naməlum şəxs istintaq təcridxanasını ələ keçirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs təcridxanada girovlar da saxlayır.

Hadisə ölkənin qərbindəki Le Man şəhərində baş verib.

KİV-in yazdığına görə, naməlum şəxs bir məhbusu və bir həbsxana əməkdaşını girov götürüb.

Hadisə yerinə xüsusi təyinatlılar yönləndirilib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə