Fransa Qarabağ tənzimlənməsinə dair növbəti görüşə ev sahibliyi etmək istəyir
Fransa Qarabağ tənzimlənməsinə dair növbəti görüşə ev sahibliyi etmək istəyir
21 Sentyabr 2016 / 11:35 / Baxış sayı: 212
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fransa prezidenti Fransua Olland Qarabağ tənzimlənməsinə dair cari prosesin ümumiləşdirilməsi məqsədilə görüşün Parisdə keçirilməsinə hazırdır. Virtualaz.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransa prezidentinin ermənistanlı həmkarı Serj Sarkisyana Ermənistanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə ünvanlandığı məktubunda deyilir. 

“İyulun 9-da Varşavada keçirilmiş görüşümüzdə sizə bildirdiyim kimi, Parisdə çox uzun sürən münaqişənin tənzimlənməsi çərçivəsində cari prosesin ümumiləşdirilməsi üçün görüşü qəbul etməyə hazıram”, – Olland belə qeyd edib. Fransa prezidenti həmçinin Dağlıq Qarabaq münaqişəsinin danışıqlar yolu ilə ədalətli həllinə tərəfdar olduğunu əlavə edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə