“Fövqəladə Hallar Nazirliyində ciddi yoxlamalar aparılmalıdır” – Mirvari Qəhrəmanlı
“Fövqəladə Hallar Nazirliyində ciddi yoxlamalar aparılmalıdır” – Mirvari Qəhrəmanlı
21 Oktyabr 2016 / 18:33 / Baxış sayı: 1408
Font1 Font2 Font3 Font4
Bizimxeber

“”Azəriqaz” İstehsalat Birliyi və Fövqəladə Hallar Nazirliyində ciddi yoxlamalar aparılmalıdır”. 

Bunu Toplum.tv-yə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı son günlər qazdan zəhərlənmələrə və insan ölümləri ilə nəticələnən partlayışlara münasibət bildirərkən deyib. 

O bildirib ki, qazdan baş verən partlayışlar, zəhərlənmələr xüsusən də payız-qış aylarında baş verir: “Yadınızdadırsa, yayda Nazirlər Kabinetinin qərarı ilə “Azəriqaz”ın tərkibinə daxil olan texniki baxış üzrə məşğul olan bir sahə Fövqəladə Hallar Nazirliyinə verilmişdi. Çox təəssüflər olsun ki, bu sahədə təcrübəsi olan 300 nəfərə yaxın insan Fövqəladə Hallar Nazirliyində işə götürülmədi və “Azəriqaz-ın tərkibində qaldı. Partlayışların səbəbi araşdırılarkən bu iki qurumun məsuliyyət daşıdığı üzə çıxır. Amma onlar da məsuliyyəti bir-birinin üzərinə atacaqlar, yəni nəticə buna gətirib çıxaracaq. Ən əsası odur ki, məsuliyyəti bir-birinin üstünə atmaq halları kimi kütləvi zəhərlənmələr də cəzasızlıqla, məsuliyyətsizliklə əlaqədardır. Baxın, görün ötən ildə nə qədər qazdan zəhərlənmə oldu? Artıq bu il təzə başlayıb, amma Hacıqabulda 8 nəfərdən ibarət bir ailə zəhərləndi. Abşeron rayonundakı fərdi yaşayış evində də 3 yaşlı körpə öldü. “Azəriqaz” heç vaxt məsuliyyəti öz işçilərinin üzərinə qoymayacaq. Amma məsuliyyəti vətəndaşın da üzərinə qoya bilməyəcək ki, məsuliyyətsizlikdən irəli gəlir və ya qazın paylanması zamanı daxili çəkilişdə nəsə səhvə yol verilib. Məsuliyyət məhz adını çəkdiyim qurumların üzərinə düşür”.

Mirvari Qəhrəmanlı ile ilgili görsel sonucu

Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisinin sözlərinə görə, qəza halları çöldən gələn qazın, qaz borularının nasazlığı üzündən baş verir: “Bütün zəhərlənmələrin də, qazda partlayışların da səbəbi “Azəriqaz”da aparılan əsaslandırılmamış islahatların nəticəsidir. Yəni “Azəriqaz”ın tərkibində qaz idarələri var idi. Yəni həm rayonlarda, həm də paytaxtda olan bu idarələri departamentlərə böldülər. Bir növ nəzarətetmə çətinləşdi. Departamentlərin özlərinin üzərində bölgü aparılmır. Bilmirlər ki, kim hansı sahə ilə məşğul olmalıdır. Amma mənzillərdə gedən qaz xətləri vaxtaşırı içərindən yoxlanılmalıdır, 6 aydan bir texniki baxış keçirilməlidir. Binalara gələn yeraltı qaz kəmərlərinə baxış keçirilməlidir. Qazın təzyiqinin nə vaxt artırılması, nə vaxt azaldılması, qazın tərkibinin müəyyənləşdirilməsi diqqətdə saxlanılmalıdır.  Qazın tərkibinə qoxu əmələ gətirmək üçün müəyyən kimyəvi maddələr vurulur ki, qaz sızması zamanı sakinlər iyi hiss etsinlər. Bütün bunlara ciddi yanaşmaq lazımdır. Amma görürük ki, bu qədər qaz sızmaları olanda cinayət işi qaldırılsa da, günahkarlar ən aşağı vəzifələrdəki şəxslər olur. Əgər aşağıdakı şəxsin bilgisi azdırsa, deməli, rəhbərlik cavabdehdir. Mütəxəssis deyilsə, yenə də rəhbərlik məsuliyyət daşıyır. Dünürəm ki, “Azəriqaz” rəhbərliyində ciddi yoxlamalar getməlidir. Görürsünüz ki, SOCAR işə qəbul edəndə işçiləri ciddi yoxlayır. Yəni aydınlaşdırır ki, bu şəxs mühəndisdir, sıravi işçidir, bacarığı varmı və s. Hətta testdən keçirirlər bu sahədə çalışanları. Amma digər sahələrdə belə bir qurum varmı ki, rəhbərlik işçilərin biliklərini yoxlasın, onların təyin olunduğu sahə üzrə məsuliyyətini, səlahiyyətini, o sahəyə yararlı olub-olmadığını müəyyənləşdirsin? Təbii ki, yoxdur. Ona görə də hesab edirəm ki, qazdan zəhərlənmələrə və partlayışlara görə iki qurumun rəhbərliyi ciddi məsuliyyət daşıyır: “Azərqaz”ın rəhbəri və Fövqəladə Hallar Nazirliyi. Burada SOCAR rəhbərliyinin məsuliyyəti yoxdur. Bizdə bəzən mətbuatda Dövlət Neft Şirkətinin strukturuna daxil olan hansısa bir idarədə bir şey olanda SOCAR rəhbərliyini günahlandırırlar. Bu da cavabdeh olan qurumun rəhbərlərinin məsuliyyətdən yayınmasına yol açır. Hesab edirəm ki, “Azəriqaz” rəhbərliyində və Fövqəlada Hallar Nazirliyində ciddi yoxlamalar aparılmalıdır. Yuxarı səviyyədə cəzalandırma olmalıdır”.

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, qazdan zəhərlənmələrə görə istehlakçılar da məsuliyyət daşıyırlar: “Söhbət qazdan zəhərlənmələrdən gedir. Çünki qazdan zəhərlənmələr qapalı şəraitdə baş verir. Yəni sızmalarla bağlı heç bir əlamət yoxdur. Qapalı şəraitdə hər hansı bir yanma baş verirsə, orada karbon qazının ayrılması baş verir və müəyyən müddət keçdikdən sonra o karbon qazının miqdarı artır. Bu da əvvəlcə zəhərlənməyə, sonra da əgər bu yüksək həddə çatırsa, insan ölümünə gətirib çıxardır. Bununla bağlı insanlar maarifləndirilməlidir. Qoy bilsinlər ki, əgər qapalı şəraitdə yanma prosesi baş verirsə, bu onların həyatı üçün təhlükəlidir. Ona görə də istər ev şəraitində olsun, istərsə də vanna otağında, həmişə orada nəfəslik olmalıdır. Əgər nəfəslik olmasa, orada faciə çox qısa zamanda baş verə bilər. Yəni bunlar məhz istehlakçının, onu istifadə edənin günahı ucbatından baş verir. Çünki qapalı bir şəraitdə hər hansı bir yanma oksigeni yeyir və karbon yayılır. Buna deyirlər məhvedici ölüm. Bunun başqa bir izahı yoxdur”.

İlham şaban ile ilgili görsel sonucu

İlham Şaban

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi əvəzi İbrahim Kərbəlayev isə bildirib ki, adıçəkilən qurum, sadəcə, qazın satışı və paylannması ilə məşğuldur: “2016-ci ilin may ayından etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Azəriqaz” İstehsalat Birliyi yalnız mənziləqədərki qaz xətlərinə texniki baxış keçirir. Mənzildaxili qaz xətlərinə baxış isə digər qurumlara həvalə olunub. Yəni daxili xətlərə texniki baxışı “Azəriqaz” həyata keçirmir. Qazın kefiyyətinə gəlincə, “Azəriqaz” sadəcə, qazın paylanması və satışı ilə məşğuldur. Yəni yüksək keyfiyyətli qaz bizim tərəfimizdən alınır və “Azəriqaz” onun satışını təşkil edir. “Azəriqaz” qazı çıxarmaqla məşğul deyil ki. İkincisi də, bu, mənim məsuliyyətimdə olan məsələ deyil, buna aidiyyatı qurumlar cavab verməlidir. Qazın tərkibi barədə məsələlərə bir çox ekspertlər və qurumlar tərəfindən dəfələrlə aydınlıq gətirilib. Əgər qazın tərkibində keyfiyyətsiz, zəhərli  nəsə olsa, vətəndaşlar bundan kütləvi zərər çəkərdilər”.

İbrahim Kərbəlayev ile ilgili görsel sonucu

İbrahim Kərbəlayev

 

Qeyd edək ki, son günlər qazdan zəhərlənmələr və partlayışların sayı artıb. Belə hallara ənənəvi xarakter alıb, demək olar ki, hər ilə payız-qış aylarında bu kimi hallara rast gəlinir. Belə ki, bir neçə gün öncə Hacıqabulda bir ailənin 8 üzvü dəm qazından zəhərlənib. Həmçinin ötən gün Samux rayonunun Aşağı Ağasıbəyli kənd sakini 55 yaşlı Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən partlayış olub. Nəticədə N.İsmayılov və onun həyat yoldaşı, 51 yaşlı Zemfira İsmayılova yanıq xəsarətləri alıblar. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərə dərhal tibbi yardım göstərilib və onların Bakıda aidiyyəti üzrə xəstəxanaya göndərilməsi nəzərdə tutulur. Oktyabrın 20-də səhər saatlarında isə Bakıda Qurbanovların evində də qaz sızmasından baş verən partlayışda 3 yaşlı uşaq həlak olmuşdu.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə