Fotoları yayılmış 22 tələbə qızı zorlayıblar – HOLLANDİYADA
Fotoları yayılmış 22 tələbə qızı zorlayıblar – HOLLANDİYADA
25 Sentyabr 2016 / 13:10 / Baxış sayı: 1028
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hollandiyanını “Groningen” universitetində təhsil alan 22 tələbə qız cinsi təcavüzə məruz qalıb. “Vindicat” adlı tələbə dərnəyinin hazırladığı zarafat sujeti ictimailəşdikdən sonra tələbə qızlar müxtəlif səpkili təcavüz halları ilə qarşılaşıb.

Belə ki, hər il tələbələrlə bağlı zarafatlar hazırlayan dərnək üzvləri bu dəfə bir qrup tələbə qızın seksual potensialı barədə siyahı hazırlayıb. Həmin siyahı, qızların fotoları və telefon nömrələri daha sonra Groningen şəhərinin bloqunda və digər social şəbəkələrdə yayılıb.

Bundan sonra qızlara çoxsaylı telefon zəngləri gəlib. Onların şəkilləri də yayıldığından şəhərin müxtəlif yerlərində qızlar seksual xarakterli təcavüzlə də qarşılaşıblar. Artıq dərnək rəhbərliyi tələbələrdən və valideynlərindən üzr istəyib. Siyahını hazırlayıb yayan 13 nəfər məsuliyyətə cəlb edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə