“Forens MMC”-nin rəhbəri tələbələri təhdid etdi: “Haqqımda nəsə dediyinizi eşitsəm…” – FOTO+AUDİO
“Forens MMC”-nin rəhbəri tələbələri təhdid etdi: “Haqqımda nəsə dediyinizi eşitsəm…” – FOTO+AUDİO
07 Noyabr 2016 / 13:34 / Baxış sayı: 1412
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Company of  Education & Outsourcing – CEO” və ya eyni şirkətin rebrendinq edilmiş forması hesab olunan “Forens MMC” ilə bağlı redaksiyamıza daxil olmuş şikayətləri əks etdirən yazı dərc olunduqdan sonra sözügedən şirkətin təsisçisi və rəhbəri Talıb Bayramov bizim sayt vasitəsilə bütün yazılanları iftira  adlandırmışdı. 

Talıb Bayramov iddia edir ki, Əkrəm Abbasov və Sevda Quliyeva adlı tələbələrə ümumiyyətlə xidmət göstərilməyib. Qeyd edək ki,  həmin gənclərin adlarını onların öz xahişləri ilə şərti olaraq təqdim etmişdik. “Forens MMC”in rəhbəri Gülnar Məmmədova adlı şikayətçinin narazılığını ümumiyyətlə əsaslı saymayıblar. Gülnar Məmmədovaya müqavilənin şərtlərinə görə, İtaliyada universitetlərdən birinə qəbulun və üstəgəl təqaüdün alınması söz verildiyi halda, heç bir bənd yerinə yetirilməyib.

Şikayətçi  Gülnar Məmmədova saytımıza İtaliyadakı universitetlə yazışmanı, şirkətlə olan müqaviləni və ödəniş qəbzlərindən birini təqdim edib.

Bu gəncin fikrincə, şirkətin rəhbəri Aynurə Seyidova universitetə və təqaüdə müraciət prosesində kobud səhvlər buraxıb:

“Aynura Seyidova  mənə bildirib ki, 11.04.2016 tarixində müraciətlər bağlanıb, amma sözügedən universitetin xarici tələbələrinin tütoru ilə əlaqə saxladıqdan sonra mənə məlum olur ki, application 16.05.2016 tarixində qapanıb (son tarix isə 30.04.2016), yəni 16 gün gecikdirmə olub.

Mənim müdaxiləmdən sonra nəticədə işimə qeyri-rəsmi şəkildə baxılıb və qiymətləndirilib.

Təqaüd məsələsi də göz qarşısındadır. Prosedurdan heç xəbəri yoxdur belə çıxır. Ona dəfələrlə dedim, bütün sənədlər sistemə yüklənməlidir, o isə dedi ki, 2 sənəd yüklənməlidir cəmi, digərlərini “Laziodisu”nun ofisinə təqdim etmək kifayətdir. Məlum oldu ki, bu insanın bu işdən ümumiyyətlə anlayışı yoxdur. Bütün sənədlər yüklənməli və pin kodla təsdiq edilməlidir. Heç biri edilməyib. Bunu aşağıdakı məlumatdan daha dəqiq öyrənmək mümkündür.

Şərti qəbul almağımla bağlı isə önəmli məqam var. Göstərilir ki, mənim bakalavr təhsilimin bu magistr proqramına uyğunlaşması üçün 3 fənn üzrə (hüquq, politologiya, iqtisadiyyat) əlavə imtahanlar verməliyəm. Aynurə Seyidova məhz buna istinad edərək, özünü belə haqlı çıxarmağa çalışır. Guya  qəbulumun şərti olması onun problemi deyil. Hər bir halda, həm hüquqi, həm mənəvi baxımdan bu onun problemidir, çünki o, konsultasiya zamanı məni belə bir ehtimalın olmasından xəbərdar etməmişdi”, – deyə Məmmədova əlavə edib.

Bir daha xatırladaq ki, hal-hazırda Gülnar əlavə imtahanlar verməklə İtaliyanın Sapienza Universitetində təhsilini davam etdirmək əzmindədir. Gülnarın mövqeyinə əsasən, şirkətin rəhbərinin məsuliyyətsizliyinə görə təqaüddən məhrum olduğu üçün, o hər ay yaşayış üçün ən azı 1000€ pul xərcləməyə məcburdur.

Onun şirkətə ümumillikdə verdiyi 1200 manat, şirkətin fəaliyyəti nəticəsində çıxılmaz vəziyyətə düşdüyü üçün, universitetə ödəməli olduğu illik təhsil haqqı və digər planlaşdırılmamış xərcləri ortaya çıxıb.

Adları çəkilən digər 2 tələbə – İmran Əliyev və Mircavid Ağayevin də şirkətin tələbələri olmadığı iddia olunur və şirkətin əməkdaşı olan və hazırda ölkə xaricində olan Orxan Qasımovun şirkətlə əlaqədə olmadığı deyilir.

Deyilənləri təkzib etmək məqsədi ilə şikayətçilər tərəfindən redaksiyamıza səs yazıları daxil olub.

Məsələn aşağıdakı səs yazısında “Forens MMC” ilə heç bir əlaqəsi olmadığı iddia edilən Orxan Qasımov müştəri ilə danışır və Aynurə Seyidovanın onun işçisi olduğunu bildirir:

Səs yazısı 1

Bu səs yazısında isə şirkətin əsas siması olan Aynurə Seyidova Orxan Qasımova həmin tələbələrlə bağlı tapşırıqlarını verir.

Səs yazısı 2

Burada isə eyni məsələ ilə əlaqədar olaraq bu dəfə Aynurə Seyidova özü valideynlərə nələrisə izah etməyə və hər şeyin yolunda olduğunu izah etməyə çalışır.

Səs yazısı 3

Təbii ki, kimin rəhbər, kimin işçi olduğunu ayırd etmək bir az çətin olsa da, yeganə dəqiq məqam odur ki, nə Orxan Qasımov, nə də İmran Əliyev və Mircavid Ağayev adlı tələbələr şirkətə yad deyil.

Onu da bildirək ki, “Forens MMC” ilə bağlı materialın yerli mətbuatda yayılmasından sonra aldadıldıqlarını bildirən bir çox vətəndaşlar bizə müraciət etdi.

Onlardan biri olan gənc xanım da bu şirkətin əməllərinin qurbanı olduğunu, ancaq onun rəhbəri Aynurə Seyidova tərəfindən təhdid edildiyini iddia edir.

Gənc xanımın bizə yolladığı yazışmada hər şey daha aydın görünür:



“Forens MMC”-nin rəhbəri tələbələri təhdid etdi: “Haqqımda nəsə dediyinizi eşitsəm…” – FOTO+AUDİO yazısına 2 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə