Fırıldaqçı qadın 4 nəfəri necə aldatdı ? -POLİSƏ ŞİKAYƏT
Fırıldaqçı qadın 4 nəfəri necə aldatdı ? -POLİSƏ ŞİKAYƏT
05 Avqust 2016 / 17:25 / Baxış sayı: 776
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı sakini olan qadın dələduzluqda ittiham olunur.

“Report” xəbər verir ki, bununla bağlı dörd nəfər – Bakı şəhər sakinləri, 38 yaşlı Səbinə Əliyeva, 41 yaşlı Lyubov Kuzmina, 31 yaşlı Günay Tağıyeva və Ordubad rayon sakini, 34 yaşlı Vəfa Süleymanova hüquq-mühafizə orqanlarına müraciət edib.

Qadınlar müraciətlərində bildiriblər ki, 2015-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhər sakini, 36 yaşlı Təranə Osmanlı onları aldadaraq S.Əliyevadan 51 min 620 manat, L.Kuzminadan 3 min avro və 3 min 300 ABŞ dolları, G.Tağıyevadan 10 min və V.Süleymanovadan 4 min manat dəyərində qızıl-zinət əşyaları alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə