Film arası verilən reklam qadağan edildi
Film arası verilən reklam qadağan edildi
06 Sentyabr 2016 / 10:02 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nazirlər Kabineti “Filmlərin yayımı və nümayişi Qaydaları”nda dəyişiklik edib.

Bu Qaydalar mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində bütün filmlərin yayımı və nümayiş etdirilməsi qaydalarını müəyyən edir.

Qaydaya edilən dəyişikliyə əsasən kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə