Filippin prezidenti Pan Gi Munu “axmaq” adlandırdı
Filippin prezidenti Pan Gi Munu “axmaq” adlandırdı
09 Sentyabr 2016 / 17:14 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4
Bizimxeber

Filippin prezidenti Rodriqo Duterte onu insan haqlarını pozmaqda ittiham edən BMT baş katibi Pan Gi Muna “axmaq” deyib.

Virtualaz.org bildirir ki, bu barədə İTAR-TASS məlumat yayıb.

Məlumata görə, Rodriqo Duterte bildirib: “Mən demişəm ki, Pan Gi Mun sən sadəcə növbəti axmaqsan. Cinayətkarlara qarşı kampaniyanı davam etdirəcəyəm, onlara yazığım gəlmir. Vecimə də deyil. Mən beynəlxalq ictimaiyyət respublikasının yox, Filippinin prezidentiyəm”,

Xatırladaq ki, Duterte bu yaxınlarda ABŞ prezidenti Obamaya “köpək oğlu” deməsi ilə gündəmə gəlmişdi. Baxmayaraq ki, sonradan Ağ Ev sahibinin ünvanına heç nə demədiyini bəyan etdi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə