Fikrət Fəraməzoğlunun həbsi daha 3 ay uzadılır
Fikrət Fəraməzoğlunun həbsi daha 3 ay uzadılır
24 Oktyabr 2016 / 18:02 / Baxış sayı: 696
Font1 Font2 Font3 Font4
Bizimxeber

Məhkəməsində JAM.Az-ın baş redaktoru Fikrət Fəraməzoğlunun barəsindəki həbsin daha 3 ay artırılması barədə müstəntiqin vəsatətinə və baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına baxılacaq.

Bu barədə vəkili Elçin Sadıqov məlumat verib. Vəsatət və təqdimata hansı hakim tərəfindən baxılacağı hələ məlum deyil.

Vəkil bildirib ki, Fikrət Fəraməzoğlunun barəsindəki həbsin daha 3 ay artırılması barədə vəsatət və təqdimat qanunsuzdur. Ona görə ki, Fikrət Fəraməzoğlunun qaçıb gizlənəcəyi, istintaqa və məhkəməyə təzyiq edəcəyi, sübutları saxtaşdırmaq imkanının olması, yenidən cinayət törədəcəyi barədə fərziyyələri əsaslandıracaq heç bir dəlil yoxdur.

Həmçinin həbsdə qaldığı 4 ay ərzində, Fikrət Fəraməzoğlu ilə qanunsuz, heç bir əsas olmadığı halda BMCMİ- yə aparılması hallarından və cəmi bir dəfə əlavə dindirmədən başqa heç bir istintaq hərəkəti aparılmayıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə