Fikrət Fəraməzoğlunun həbs müddəti uzadıldı – Məhkəmə qərarı
Fikrət Fəraməzoğlunun həbs müddəti uzadıldı – Məhkəmə qərarı
25 Oktyabr 2016 / 16:04 / Baxış sayı: 1126
Font1 Font2 Font3 Font4
Bizimxeber

JAM.az saytının rəhbəri Fikrət Fəraməzoğlunun həbs müddəti uzadılıb. BakiPost.az xəbər verir ki, bu barədə qərar bu gün Nərimanov rayon məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyilə keçirilən prosesdə verilib.

Jurnalistin vəkili Elçin Sadıqov deyib ki, məhkəmədə FFəraməzoğlunun barəsindəki həbsin 3 ay, yəni 30 yanvar 2017-ci il tarixədək uzadılması barədə müstəntiqin vəsatətinə və baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına baxılıb: “Təqdimat və vəsatəti məhkəmə təmin etdi və Fikrət Fəraməzoğlu barəsindəki həbs qətimkan tədbirinin müddətini 30 yanvar 2017-ci il tarixədək uzadıldı”.

Vəkilin sözlərinə görə, jurnalistlə bağlı verilən vəsatət təmin olunmayıb: “Eyni zamanda Fikrət Fəraməzoğlu barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verdim, hakim Samir Məmmədov vəsatətimə baxdı və təmin etmədi.

Hər iki qərardan-Fikrət Fəraməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin 30 yanvar 2017-ci il tarixədək uzadılması və Fikrət Fəraməzoğlu barəsindəki həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsi haqqında qərarlardan qanunsuz və əsassız olduqları üçün apellyasiya şikayəti verəcəm”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə