Fikrət Fərəməzoğlu Avropa Məhkəməsinə müraciət edəcək
Fikrət Fərəməzoğlu Avropa Məhkəməsinə müraciət edəcək
14 Sentyabr 2016 / 15:52 / Baxış sayı: 212
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Appelyasiya Məhkəməsində jurnalist Fikrət Fərəməzoğlunun şikayətinə baxılıb. Bu məlumatı Qaynarinfo.Az-a vəkil Elçin Sadıqov verib. 

Vəkil deyib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə Fikrət Fəraməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina olunması haqqında Nərimanov rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

“Apellyasiya şikayəti təmin olunmadı və Nərimanov rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanıldı. Bu qanunsuz qərardan Avropa Məhkəməsinə şikayət edəcəyik”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə