FG hərfləri olan qeydiyyat nişanları qadağandır -TÜRKİYƏ
FG hərfləri olan qeydiyyat nişanları qadağandır -TÜRKİYƏ
23 Avqust 2016 / 10:28 / Baxış sayı: 520
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin Baş Təhlükəsizlik İdarəsi avtomobillərdə FG hərfləri olan dövlət qeydiyyat nişanlarını yığışdıracaq.

“Report”un “Haberturk”ə istinadən verdiyi məlumata görə, buna səbəb həmin hərflərin Türkiyədə bu il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənin adının baş hərfləri ilə eyni olmasıdır.

Dövlət qeydiyyat nişanlarında bu hərflərə malik avtomobillər yeni qeydiyyat nişanları ilə əvəz olunana qədər xüsusi dayanacaqlarda saxlanılacaq. Qərar həm şəxsi, həm də dövlət qulluqçularına məxsus avtomobillərə şamil edilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə