FETÖ-nün ordudakı imamının yerini deyənə 4 milyon lirə mükafat
FETÖ-nün ordudakı imamının yerini deyənə 4 milyon lirə mükafat
25 Oktyabr 2016 / 15:16 / Baxış sayı: 740
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin təlimatı ilə prosesləri idarə etməkdə şübhəli sayılan Adil Öksüzün yeri barədə məlumat verən şəxsə 4 milyon lirə mükafat ödənəcək.

FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki imamı sayılan A. Öksüzün adı Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən tərtib edilən terrorçular siyahısında “qırmızı kateqoriya”ya daxil edilib.

A. Öksüzlə bərabər bu kateqoriyada PKK terror təşkilatının rəhbərliyindəki şəxslər yer alır. Bu kateqoriyaya daxil edilən terrorçuların yeri barədə məlumat verən şəxslər üçün 4 milyon lirə mükafat nəzərdə tutulub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə