FETÖ-nün baş kassiri ələ keçdi
FETÖ-nün baş kassiri ələ keçdi
03 Avqust 2016 / 14:07 / Baxış sayı: 652
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə FETÖ adı verilmiş qanunsuz qruplaşmaların maliyyə qaynaqlarının zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, təşkilatın əsas kassiri hesab edilən və bir neçə gündür, axtarışda olan Murat Kılıç İstanbulun Şəhidlər (Boğaziçi) körpüsündə yaxalanıb.

Texniki təqibi davam etdirən əməliyyatçılar Murat Kılıçı, onun vəkilini və onlarla birgə olan 3 nəfəri avtomobildə yaxalayıb. Onların üzərindən 2 milyon 600 min lirə, həmçinin, 15 iyul olayları zamanı kodlaşdırılmış informasiya daşıyıcısı olan xeyli sayda 1 dollarlıq əsginaslar götürülüb. Maraqlıdır ki, 1 dollarlıqların üstündə Murad Kılıçın öz fotoları olub.

Qeyd edək ki, Murad Kılıçın da evi daxil olmaqla bir neçə ünvanda həyata keçirilmiş əməliyyatlar zamanı 1 milyon lirə nağd pul və 50 milyon lirəlik qəbzlər götürülmüşdü.

Araşdırmalar zamanı M.Kılıçın pul transferini başqa adamların adıyla həyata keçirdiyi də üzə çıxıb.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə