FETÖ-çuların həbsxanada çevriliş cəhdinin qarşısı alındı
FETÖ-çuların həbsxanada çevriliş cəhdinin qarşısı alındı
03 Noyabr 2016 / 15:14 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4
Bizimxeber

FETÖ üzvü olan 5544 məhkumun qaldığı Sincan həbsxanasında planlanan çevriliş cəhdi deşifrə oldu. Bizimxeber.az saytının yerli mediaya istinadən verdiyi xəbər görə, kameralarda aparılan axtarış zamanı həbsxananın ətraflı planı , şifrəli qeydlər və qaçış planı tapıldı.

Sincan F tipi həbsxanasında FETÖ üzvü olmuş məhkumların toplu qaçış planı ələ keçirildi.

15 iyun çevriliş gecəsini planlayan insanların da arasında olduğu bildirilən 5544 FETÖ üzvünün qaldığı Sincan Həbsxanasında planlaşdırılmış çevriliş cəhdi son anda deşifrə edildi.

Bütün planları hazırlanan çevriliş noyabr ayı üçün nəzərdə tutulubmuş

Sincan Həbsxanasında Tabur Komandanlığında FETÖ hərəkatında günahlandırılan məhkumların yatdığı kameralara edilən ani basqınlarda qaçış planları, xəritələr , şifrəli qeydlər, kamera və havalandırma planı ələ keçirildi. 

Həbsxananın planının ən incə detallarına qədər yer aldığı plan xəritələrdə hava hücumundan müdafiə sistemlərinin yerləri belə qeyd olunub.

Təcili kodu ilə qarşısı alınan qaçış cəhdi. 

Ətraflı raport hazırlayan Həbsxana Jandarma Tabor Komandanlığı, acil kodu ilə Ankara Dövlət Ədliyyə qurumuna dərhal məlumat verilib.

Xəbərdarlıq yazısında həbsxananın 6 min dustaq həcmində olduğuna rəğmən 8076 məhkumun saxlanıldığına diqqət çəkilib.

Üsyan, qarışıqlıq, girov alma…

Həbsxanada qalan 5544 FETÖ üzvünün bir birilərini tanıdıqları üçün havalandırma zamanı səsli və yazılı qeydlərlə xəbərləşdikləri işarə olunan yazıda ” FETÖ üzvlərinin tez tez xəstəxanaya göndərilməyi tələb edərək üz üzə təmas da qurduqlarını, üsyan , qarışıqlıq, girov götürmə, yanğın və çevrilişə təşəbbüs göstərdiləri bildirilir” .

Bizimxeber.az

 


 

 


 


 


 


 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə