bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Ferrari” köhnə ada qayıtdı

1293 oxunma | Tarix: | 1 həftə öncə

Formula 1 Yaponiya Qran-Prisində “Ferrari” yenidən “Scuderia Ferrari Mission Winnow” adlanacaq. FIA-nın oktyabrın 7-də açıqlanmış sifariş siyahısında belə göstərilib. Bizimxeber.az  bildirir ki, “Mission Winnow” təşəbbüsü “Ferrari”nin sponsorlarından birinin tütün məhsulunu reklam etməyə xidmət edir, lakin komanda bu və ya digər ölkənin qanunvericiliyinin tələbləri ilə əlaqədar bu loqotipdən hər yerdə istifadə edə bilmir.

XƏBƏRLƏR:  Makqreqor da rəqibinin adını açıqladı

2019-cu il mövsümünün 16 mərhələsindən 11-də “Ferrari” əməkdaşlarının maşınlarında və təchizatında “Mission Winnow” loqotipləri olmayıb. Loqotiplər sonuncu dəfə Monako Qran-Prisində müşahidə edilib. Lakin Yaponiya Qran-Prisində geri qayıdacaq. “Mission Winnow” 2018-ci ildə ilk dəfə məhz Suzukada təqdim edilib.

Mövsümün başa çatmasına beş mərhələ qalmış “Ferrari” “Mersedes”dən 162 xal geri qalaraq, Konstruktorlar Kubokunda ikinci yeri tutur. Onun pilotları son dörd mərhələdən üçündə qalib gəlib.

XƏBƏRLƏR:  Millimizin türk məşqçisi istefaya göndərildi, rusiyalı gətirildi (FOTOLAR)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir