bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Fədayə Laçın bu tarixdə azadlığa çıxacaq – Bacısı açıqladı

1313 oxunma | Tarix: | 1 həftə öncə

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın bu ayın sonunda azadlığa çıxacaq. İfaçının bacısı İlahə Fəda “Xəzər TV”də yayımlanan “5-də 5” verilişində Fədayə Laçının 28 oktyabrda azadlığa çıxacağını deyib.

Xatırladaq ki, daha öncə müğənninin vəkili Nurəngiz Qarayeva onu oktyabrın 30-da azadlığa çıxacağını bildirmişdi.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar – “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində saxlanılıb. Keçirilən əməliyyatla Etibar Məmmədov məhv edilib, Əli Ağami isə ələ keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sentyabrın 30-da F.Laçının apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib. Qərara əsasən, onun cəzası 2 ilə endirilib.
XƏBƏRLƏR:  Müştərilərə 2 milyon “atıb” Azərbaycanda dincəlir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir