Fazil İsgəndər dünyasını dəyişdi
Fazil İsgəndər dünyasını dəyişdi
31 İyul 2016 / 17:00 / Baxış sayı: 1136
Font1 Font2 Font3 Font4
Bizimxeber
Yazıçı Fazil İsgəndər 88 yaşında vəfat edib. Bu barədə bazar günü, iyulun 31-də, “Exo Moskvı” nəşrinə Rusiya Yazıçılar İttifaqından məlumat verilib.
Fazil Abduloviç İsgəndər Abxaziyanın Suxumi şəhərində anadan olub. 1938-ci ildə gələcək yazıçının atası SSRİ-dən deportasiya olunub və oğlunu bir daha görməyib. Uşağı abxaz olan anasının Çegem kəndində yaşayan qohumları böyüdüb. Əsərlərinin bir çoxunda hadisələr yazıçının uşaqlığının böyük bir hissəsini keçirdiyi məhz həmin kənddə cərəyan edir.
F.İskəndər əsərlərini rus dilində yazıb. Bu barədə özü belə deyir: “Mən, şübhəsiz ki, əsərlərində Abxaziyanı tərənnüm edən rus yazıçısıyam. Təəssüf ki, abxaz dilində heç nə yazmamışam. Mən birmənalı olaraq rus mədəniyyətini seçmişəm”.
Yazıçı ədəbiyyata 1957-ci ildə işıq üzü görən “Dağ cığırları” adlanan şeirlər kitabı ilə qədəm qoyub. 1962-ci ildən nəsr əsərləri yazmağa başlamışdır. 1966-cı ildə çap olunan “Kozlotur bürcü” əsərindən sonra yazıçı kimi böyük şöhrət qazanıb.
F.İskəndərin əsərləri, demək olar ki, bütün Avropa dillərinə tərcümə olunub.(oxu.az)
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə