Fanatik dindarların “müqəddəs” cinayətləri – FOTO
Fanatik dindarların “müqəddəs” cinayətləri – FOTO
03 Noyabr 2016 / 11:17 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tarixdə Səlib yürüşlərini qızışdıranlar vasitəsilə milyonlarla insan öldürülüb, inkvizisiya məhkəmələrində məzlum ziyalılar tanrı adına qətlə yetirilmiş və xalqlara zülm verilib. Din özünün fanatik həddinə çatanda kütləvi qırğınlara, qətllərə meydan açır. Varfolomey gecəsi bəşəriyyətin utanc günü kimi tarixə yazılıb. Buna oxşar sonsuz nümunələr göstərmək olar.

Fanatik dindarların törədikləri və haqqında az danışılan bəzi ağlasığmaz cinayətləri təqdim edirik:
ABŞ-dakı silsilə qətl törədən qatillərin bir hissəsi işgəncə etmək və cəsəd parçalamaqdan başqa vaxtlarını İncil oxuyaraq keçirən qatı dindarlardı. Bunlardan ən dəhşətverici olanlardan biri din adı ilə günahları təmizlədiyini düşünən Albert Fişdir. 1870-ci ildə Vaşinqtonda doğulan Fiş, fanatik xristian idi. İncildəki Yeramya 19: 9 ayəsi həyatını balaca uşaqları ovlayaraq keçirən Fişin oxumaqdan ən çox həzz aldığı bir bölümdü: “Onlara oğullarının, qızlarının ətini yedizdirəcəm”.
Albert Fiş, uşaqlıqdan rahib olmağı xəyal etmiş, böyüdükcə dinə olan marağı manyaklığa çevrilirdi. Arvadının başqası ilə qaçaraq, onu tərk etməsindən sonra davamlı ünvan dəyişdirərək, hər getdiyi yerdə yüzlərlə uşağa təcavüz edir və bəzilərini öldürürdü.
Albert Fişin təxminən 100 uşağı qətlə yetirdiyi təxmin edilir. 1928-ci ildə Nyu-Yorkda törətdiyi ən sonuncu və ən qorxunc cinayəti on iki yaşındakı uşağı boğaraq öldürdükdən sonra parçalaması idi. Onun fikrincə bu hadisə dini məna daşıyırdı. O, həbsxanada olarkən psixoloqa uşaqları öldürüb ətlərini yeməsini İsanın göyə yüksəlişi ilə əlaqələndirirdi. Fiş, uşaqları qurban etməsinin lazım olduğuna inanır, işgəncə edib öldürməsi üçün ilahi əmrlər daşıyan səslər eşitdiyini deyirdi. Albert Fiş, bu xəyallara qapılıb uşaqları işgəncə edərək öldürməklə usanmır, özünə qarşı da günahlarının yuyulması üçün tikiş iynələrini əllərinə batırmaq və gül saplarını sidik yolundan içəri salmaq kimi mazaxist işgəncələr edirdi.
“Qorilla Qatil” kimi tanınan Earle Leonard Nelson (1897-1928) saatlarla Müqəddəs Kitabı oxuyan cani-fanatiktdir. Dindarlığı güvən və etibar qazanmaq üçün istifadə edirdi. Belə bir qatı dindar xristianın qatil ola biləcəyinə heç kim inanmırdı.
Ana və atası körpə ikən öldüyü üçün, Earle Nelsonu anasının ailəsi böyüdüb. Özünə qapalı, qəribə uşaq idi. Məktəbə tərtəmiz paltarlarla gedir və parçalanmış paltarlarıyla geri qayıdırdı. Velosipediylə gəzərkən trolleybusun toqquşması nəticəsi başından ağır zərbə aldığından hərəkətləri get-gedə qəribələşirdi. On səkkiz yaşında oğurluq üstə iki il həbsxana ömrü yaşadı. 1919-ci ildə Nelson, özündən otuz səkkiz yaş böyük qadınla tanış olub evləndi və onun həyatını cəhənnəmə çevirdi. Arvadı ondan ayrılan kimi qız uşağına hücum etdi və tutularaq əsəb xəstəxanasında yatızdırıldı. Buradan çıxanda ağlını tamamilə İncillə pozub qatil karyerasına başladı. Ləqəbi qurbanlarını vəhşicə hücum edib boğma formasına görə- “Qorilla Qatil” idi. Hədəflərini qəzetlərə kirayəlik otaq elanı verən orta yaşlı qadınlar arasından seçən Nelson, evlərə kirayəşin kimi gedib otağı görmək istəyirdi. Qurbanıyla tək qalan kimi boğazlarını sıxaraq boğur, sonra onlara təcavüz edir və ardından da cəsədləri qəribə yerlərdə saxlayırdı. İşlədiyi 24 cinayətə görə ölümə məhkum edildi.
1960-cı illərin sonlarında afro-amerikan dərili qadınlarını öldürən küçə vaizi Benjamin Franklin Miller, digərləri kimi, qurbanlarını İncilin əmrini yerinə yetirdiyini söyləyərək öldürürdü. Müqəddəs Kitabın 10-cu hissəsində olan “Misirdən çıxış” (22:18) ayəsindəki “Sehrbaz qadını yaşatmayacaqsan!” əmri onun ən bəyəndiyi söz idi və afro-amerikan irqdən fahişələri bu əmrlə qətl etdiyini iddia edirdi.(Publika.az)
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə