Fətullahçılar Azərbaycan üzərindən “Habertürk”ün aparıcısına hücum edib
Fətullahçılar Azərbaycan üzərindən “Habertürk”ün aparıcısına hücum edib
15 Avqust 2016 / 11:33 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin “Habertürk” telekanalının aparıcısı, jurnalist Nevzat Çiçek nəqşibəndilər təriqətindən olan qalmaqallı şeyx Cübbəli Ahmet Hoca ilə canlı yayımda FETÖ mövzusunu müzakirə edərkən Twitter hesabı hakerlər tərəfindən ələ keçirilib. 

Virtualaz.org xəbər verir ki, jurnalistin hesabı Mr.Durgut adlı haker tərəfindən ələ keçirilib. Haker Nevzat Çiçekin keçmişi barədə ifşaedici məlumatları onun bloqunda yerləşdirməklə təhdid edib. Daha sonra Cübbəli Ahmetin “FETÖ-nün iç üzünü anlatdığı” dəqiqələrdə aparıcıya Azərbaycanda açılmış Twitter hesablarından təhqirlər yağdırılıb.

Aparıcı hesabının haker hücumuna məruz qalmasını efirdən bildirib, hücum edənlərə mesaj verib ki, əllərindən gələni edə bilərlər, geri çəkilməyəcək. Daha sonra Ay Yıldız Tim adlı haker qrupu aparıcının hesabına nəzarəti bərpa edib və ona qaytarıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə