Fətullah Gülən Azərbaycan hakimiyyətini hədələdi: “Süpürüb Xəzərə ataram” SENSASİYA
Fətullah Gülən Azərbaycan hakimiyyətini hədələdi: “Süpürüb Xəzərə ataram” SENSASİYA
22 Avqust 2016 / 13:32 / Baxış sayı: 1954
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bir vaxtlar Fətulla Gülənin “Hizmet” hərəkatında yüksək mövqe tutan, hərəkatın Qafqaz üzrə keçmiş koordinatoru və Gürcüstandakı Gülən məktəbələrinin idarəçisi Hayati Küçük “Sabah” qəzetinə sensasion müsahibə verib.

Virtualaz.org xəbər verir ki, Hayati Küçük bir dəfə Pensilvaniyada Fətullah Gülənin yanında toplantıda iştirakı zamanı Bakıdan edilən zəng haqda danışıb. Onun sözlərinə görə, zəng edən şəxs Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin  fətullahçıları sıxışdırmasından şikayətlənib. Fətullah Gülən isə cavab olaraq Azərbaycan hakimiyyətini hədələyib və “hamısını Xəzərə tökərəm” deyib.

“Azərbaycanda FETÖ ilə mübarizə aparıldığı haqda həmişə danışılır, yazılır. Azərbaycanda hələ də güclərini qoruyub saxlaya biliblər?”sualına Hayati Küçük aşağıdakı cavabı verib:

“Azərbaycanda daha çox məxfi fəaliyyət göstərirlər. Amma orada hələ qalırlar. FETÖ (Fətullah Güləni nəzərdə tutur.-red) həmişə bunu deyərdi: “Biz girdiyimiz yerdən bir daha çıxmarıq. Rusiya Gülən məktəbələrini bağladığını desə də federasiyanın subyektləri içərisində hələ fəaliyyət göstərirlər. İlham bəyi (prezident İlham Əliyev-red.) yıxmaq an məsələsi idi. Bir gün Pensilvaniyada (Gülənin mənzil-qərargahında.-red) toplantıda Azərbaycandan zəng gəldi. İlham bəyin ciddi problem yaratması ilə bağlı. FETÖ eynilə belə dedi: “Mənə özlərini Xəzərə tökdürməsinlər”. Bu, reallıqdır və gerçəkdir. İlham bəy devrilsəydi inanın ki, canımız Azərbaycan da dağılardı və bunların əlində qalardı. İki dövlət bir millət olsaq bunları süpürüb zibilliyə atarıq”.

Qeyd edək ki, Hayati Küçük 25 il Fətullah Gülənin təriqətinə xidmət edib. Lakin son iki-üç ildir təriqətdən ayrılıb və vaxtaşırı olaraq müsahibələr verərək FETÖ-nün iç üzünü açır.

Son günlər Azərbaycanda müxalifətçilərin Fətullah Gülən təriqəti ilə işbirliyinə dair məlumatlar yayılır. Artıq Baş prokurorluq bu təriqətlə bağlı cinayət işi qaldırıb, həbslər aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə