Fərman Kərimzadənin oğlunun məhkəməsi başqa günə təyin edildi
Fərman Kərimzadənin oğlunun məhkəməsi başqa günə təyin edildi
26 Oktyabr 2016 / 13:47 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tanınmış yazıçı Fərman Kərimzadənin dələduzluqda təqsirləndirilən oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hakim məcburi gətirilməli olan şahidlərlə bağlı məlumat verib. O, bildirib ki, şahidlərdən təqsirləndirilən şəxsin bacısı Yeganə Kərimzadə məhkəməyə teleqram vuraraq səhhətində ciddi problemlər olduğunu deyib. Hakim qeyd edib ki, digər şahid İlkin Mehdiyev isə Cəlilabad rayon xəstəxanasındadır. Onun böyrəklərində ciddi problem var: “Hər iki şəxsin ifadəsi önəmlidir. Ona görə dindirilməlidirlər”

Əziz Kərimzadə çıxış edərək bildirib ki, bacısının dindirilməsi çox vacibdir: “Bacım danışmalıdır. Onun ifadəsi elə İlkinlə eyni gündə olmalıdır. Çarpaz dinləmələr keçirilsin. Bacım gələn həftənin 5-ci günü Bakıda olacaq. Çəkilişləri var. Xahiş edirəm o günə qədər gözləyin”.

Hakim təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq, prosesi noyabrın 4-ə təyin edib.

Qeyd edək ki, daha əvvəl dələduzluqda ittiham edilən Ə.Kərimzadə 4 vətəndaşdan vətəndaşdan 60 min manat pulu dələduzluq yolu ilə almaqda ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə