Fəhlələrin yaratdığı və ancaq qadınların işlədiyi qeyri-adi restoran – FOTOLAR
Fəhlələrin yaratdığı və ancaq qadınların işlədiyi qeyri-adi restoran – FOTOLAR
12 Noyabr 2016 / 20:58 / Baxış sayı: 1204
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-da fəaliyyət göstərən “Hooters” restoranlar şəbəkəsi dünyanın ən seksual restoranlarından biri adlanır.

Publika.az xəbər verir ki, şirkət 1983-cü ildə 6 dost tərəfindən təsis edilib. Maraqlı xüsusiyyətləri ilə seçilən, yaxşı müştəri qazanan restoran açmaq qərarına gələn dostlar müştəri cəlb etməyin üsulları barəsində də fikirləşiblər.

Onlar qərara gəliblər ki, bunun üçün ən gözəl vasitə soyuq pivə, yaxşı yemək və cazibədar qadınlardır. Maraqlı cəhət burasındadır ki, bu orijinal ideyanı iki rəngsaz, bənna, iki satış agenti və bir təqaüdçü fikirləşib.

Şübhəsiz ki, fikirləşmək hələ ideyanı həyata keçirmək deyil, məsələnin maddi tərəfi də var. Buna görə də onlar 140 min dollar pul toplayıblar.

Restoran fəaliyyətə başladıqdan sonra onun müştəriləri tədricən artıb.

Hazırda Birləşmiş Ştatların bir neçə vilayətində fəaliyyət göstərən “Hooters”in gəlirləri o qədər çoxdur ki, restoranlar şəbəkəsinin Asiya qitəsinin bir neçə ölkəsində, o cümlədən Koreyada, Çində də filialları var.

Restorana uğur gətirən əsas cəhətlər buranın işçi qadınlarının dar və qısa geyimləri, müştərilərə gülərüz xidmət göstərmələridir. Burada bütün işləri qadınlar görür. Restorana işçilər yaraşıqlı qadınlar arasından seçilir. Xarici gözəllik və mehribanlıq əsas şərtlərdəndir. Elə buna görədir ki, “Hooters”in əsas müştəriləri kişilərdir.

Lakin restorandakı açıq-saçıqlıq heç də şirkətin ictimai-iaşə obyektlərinin əxlaqsızlıq yuvası olması anlamına gəlmir. Belə ki, burada işçilərə əxlaqsız təklif etmək və intim xidmət qadağandır.

“Hooters”in uğurlarının səbəblərindən biri də restoran şəbəkəsinin yeməklərinin, habelə içkilərinin yüksək keyfiyyətidir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə