Evli kişi ilə qaçan 17 yaşlı nişanlı qız tapıldı: Evə qayıtmır – VİDEO
Evli kişi ilə qaçan 17 yaşlı nişanlı qız tapıldı: Evə qayıtmır – VİDEO
22 Avqust 2016 / 21:48 / Baxış sayı: 252
Font1 Font2 Font3 Font4
Bizimxeber
Cəlilabad rayonu Boyaxanlı kəndində 3 gün əvvəl qaçırılan 17 yaşlı Sahibə Dadaşova tapılıb. 
Məlum olub ki, nişanlı qız bir neçə gün öncə həmkəndlisi Zaur Musayev ilə öz istəyi ilə qoşularaq qaçıb. Onlar 2 gün Bakı şəhərində qalıblar.
Oğlanın atası Gülbala Musayev deyir ki, burada hər hansı bir zorakılıq olmayıb. Sahibə Dadaşova hətta evdən çıxarkən paltarlarını və şəxsiyyətini təsdiq edən sənədini də götürüb.
Qızın valideynləri isə övladlarının aldadıldığını iddia edirlər və geri qayıtmasını istəyirlər.
Bildirilir ki, S.Dadaşovanı qaçıran Zaur Musayevin artıq dörd dəfə evli olub.
Qeyd edək ki, Sahibə Dadaşovanın 17 yaşı var. O, bu il 11 ci sinfə gedəcəkdir.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.
Qaynarinfo.Az “Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə