Evlənmək istəyənlərdə ən çox çıxan xəstəliklər – SİYAHI
Evlənmək  istəyənlərdə ən çox çıxan  xəstəliklər – SİYAHI
04 Oktyabr 2016 / 11:01 / Baxış sayı: 1366
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabr ayında nigaha daxil olmaq istəyən 10 990 nəfər tibbi müayinədən keçib. Səhiyyə Nazirliyindən fins.az-a verilən xəbərə görə, evlə nmək istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan sentyabr ayının sonuna qədər 197 554 nəfər müayinədən keçib.

Bildirilib ki, müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə,onların əksəriyyətinin sağlamlıq durumu qənaətbəxşdir. İndiyədək tibbi müayinədən keçənlərdən 9 131 nəfərdə talassemiya daşıyıcılığı, 749 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS aşkar olunub.

Xatırladaq ki, nikaha daxil olmaq istəyənlərin müayinəsi 2015-ci il iyunun 1-dən keçirilir. Nazirlər Kabineti nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqləyib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə