Evinizdə Azərbaycan bayrağı varmı? – SORĞU
Evinizdə Azərbaycan bayrağı varmı? – SORĞU
05 Avqust 2016 / 16:52 / Baxış sayı: 804
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün daha bir möhtəşəm idman bayramının – XXXI Yay Olimpiya oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Sabahdan artıq idmançılar ölkələrinin hesablarına medallar yazdırmağa başlayacaq. Elə Azərbaycan idmançıları da. Onların uğurlarını bizim sevincimiz müşayiət edəcək. 

Sevincimizi izhar etməyin ən gözəl yolu isə hər yeri üçrəngli bayrağımızla bəzəməkdir. Maraqlıdır, görəsən, hamımızın evində qələbəni qeyd etmək üçün evində bayrağı varmı? APA TV bu sualla paytaxt sakinlərinə müraciət edib:

Var, təbii.
Var, niyə yoxdur?
Əlbəttə. Hələ, motosikletimə də salmışam.
Xeyr.
Yox.
Var.
Yox amma siz dediniz, ağlıma batdı. Yaxşı olardı ki, olsun. Hər bir evdə məncə, Azərbaycan bayrağı olmalıdır.
Bizdə hələlik yoxdur.
Həmişə olub.
Var.
Xeyr.
Yoxdur.
Yoxdur.
Mütləq.
Evində bayrağı olanlara o bayrağı dalğalandırmaq üçün səbəb arzulayırıq. Olimpiada dövründə belə səbəblərimiz yəqin ki çox olacaq. İdmançılarımıza uğurlar diləyirik!



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə