Evakuator mafiyası çökdürülür – Sürücüləri nələr gözləyir?
Evakuator mafiyası çökdürülür – Sürücüləri nələr gözləyir?
09 Noyabr 2016 / 1:15 / Baxış sayı: 968
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nəqliyyat axının əksinə hərəkət edən evakuator avtomobili, yolu bağlayaraq qadağan edilmiş yerdə saxlanılan maşını evakuasiya edir. Tez-tez sizlərə evakuator sürücülərin yollarda qaydaları pozaraq yaratdıqları təhlükələr barədə xəbər təqdim edirik.

Belələrinə daha biri əlavə edilib. Bu görüntüdə isə qadağan edilən yerdə dayanan avtomobili evakuasiya edən evakuator sürücüsü həm öz, həm də yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükə altına atır.

Nəqliyyat axının əksinə hərəkət edən evakuator avtomobili, yolu bağlayaraq qadağan edilmiş yerdə saxlanılan maşını evakuasiya edir. Bu zaman isə evakuator sürücüsü avtomobili heç bir təhlükəsizik tədbiri görülmədən yolun ortasında saxlamaqla həm öz, həmdə yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükə altına atır. Sürücülər isə evakuator idarə edənlərin bu şəkildə qayda pozmalarına tez-tez şahid olduqlarını bildirirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, qanunvericilik evakuator sürücülərinə heç bir üstünlük vermir.

Üstəlik yol polisinin göstərişi ilə evakutor sürücüsü qaydanı pozan zaman yol polis əməkdaşıda digər sürücülərə müvafiq göstərişlər verməklə həm evakuator ekipajının, həmdə digər sürücülərin təhlükəsizliyini təmin etməlidir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən isə bildirilir ki, görüntü əsasında araşdırma aparılacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə