Ev sahibinin yatdığı otaqdan oğurluq ediblər-Cəlilabad
Ev sahibinin yatdığı otaqdan oğurluq ediblər-Cəlilabad
17 Avqust 2016 / 10:28 / Baxış sayı: 546
Font1 Font2 Font3 Font4
Bizimxeber

Cəlilabad rayonunda nəməlum şəxs və ya şəxslər bir ailənin 10 nəfər üzvünün olduğu evdən külli miqdarda pul oğurlayıb. 
Hadisə rayonun Göytəpə şəhəri Vüqar Mürsəlov küçəsində Ələsgər Hüseynova məxsus evdə qeydə alınıb.

Axşam saatlarında nəməlum şəxs və ya şəxslər həyətdəki nərdivanı evin ikinci mərtəbəsindəki pəncərəyə söykəyərək ordan otağa daxil olublar. Evi axtardıqdan sonra otaqlardan birindəki sandığın arxasını sökərək orada olan 9 min ABŞ dolları və 13 min manat pulu oğrulayıblar.

Hadisənin ən maraqlı tərəfi isə oğurluğun ev sahibinin oğlu Anar Hüseynovun yatdığı otaqdan edilməsidir.

Ailə üzvləri iddia edirlər ki, oğurluğun həyata keçirilməsi üçün evdə onlara qarşı yuxu gətirən dərmandan və ya qazdan istifadə olunub.

Sandıqdakı bütün pullar oğurlansa da, orada olan 6-7 min manat dəyərində qızıl-zinət əşyalarına toxunulmayıb.

Faktla bağlı Göytəpə Polis Bölməsində cinayət işi açılıb, cinayətkar və ya cinayətkarların tapılması istiqamətində araşdırmalar davam etdirilir.(Report)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə