Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Ermənistan baş nazirinə “saqqallı təlxək” dedi

3293 oxunma | Tarix: | 2 ay öncə

Aram Qabrelyanov Ermənistan Baş Nazirini “saqqalı təlxək” adlandırıb. Bizimxeber.az xəbər verir ki, Rusiyanın “News Media” Nəşriyyat Evinin erməni əsilli rəhbəri Aram Qabrelyanov özünün “Facebook” səhifəsində Ermənistanın keçmiş polis rəisi Valeri Osipyanın Baş Nazirin müşaviri vəzifəsindən istefa verməsi barədə xəbəri paylaşaraq belə bir şərh yazıb: “Qəribə adamlardılar.

Bu rütbəyə gəlib çıxıb, anlamır ki, hakimiyyətə saqqallı təlxək gəlib? Mən burada, Moskvada otura-otura onun təlxək olduğunu anladım. Onların isə bunu başa düşmələri üçün bir il vaxt keçməli idi?”

XƏBƏRLƏR:  Prezident və ailə üzvləri Maksim Qalkinin yaradıcılıq axşamında (FOTOLAR)

Qeyd edək ki, Paşinyan sentyabr ayında Ermənistanın iki güc strukturunun rəhbərini – Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanı və Ermənistan Polisinin rəisi Valeri Osipyanın istefaya göndərmişdi. Sonrada Osipyan Baş Nazirin müşaviri vəzifəsinə təyin olunmuşdu. Oktyabrın 3-də Ermənistan KİV-ləri Osipyanın bu vəzifədən getməsi barədə xəbər yayıblar.

Aram Qabrelyanov “Life.ru” xəbər portalının daxil olduğu “News Media” Nəşriyyat Evinin rəhbəri, “İzvestiya qəzetinin redaksiyası” ASC-nin direktorlar şurasının sədri, Moskvanın “Ararat” futbol klubunun sahibidir.

XƏBƏRLƏR:  Kərəm Həsənov haradadır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir