Ermənistanın yeni baş naziri: “İqtisadiyyatımız çox ağır vəziyyətdədir”
Ermənistanın yeni baş naziri: “İqtisadiyyatımız çox ağır vəziyyətdədir”
14 Sentyabr 2016 / 18:19 / Baxış sayı: 286
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistanın yeni baş naziri Karen Karapetyan bu gün ölkə parlamentində hökumət başçısı kimi ilk dəfə millət vəkilləri qarşısına çıxıb.

Virtualaz.org-un məlumatına görə, müxalif Ermənistan Xalq Konqresi fraksiyasından olan millət vəkili Lyudmila Sarkisyanın ölkədə iqtisadi vəziyyətlə bağlı sualına K.Karapetyan xeyli susandan sonra, ah çəkərək belə cavab verib: “Xatırladım ki, bu vəzifəyə təyin edildiyim cəmi yarım gündür. Və mən bütün səmimiyyətimlə etiraf edirəm ki, iqtisadiyyatımız çox ağır vəziyyətdədir”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə