Ermənistandakı “İsgəndər” kompleksləri Rusiyaya məxsusdur
Ermənistandakı “İsgəndər” kompleksləri Rusiyaya məxsusdur
17 Noyabr 2016 / 12:44 / Baxış sayı: 1096
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistan prezidenti Serj Sarkisyan “İsgəndər” zenit-raket komplekslərinin Ermənistanda peyda olması ilə bağlı yaranmış suallara aydınlıq gətirib.

Trend-in məlumatına görə, RİA Novosti-yə müsahibəsində S.Sarkisyan həmin raket komplekslərinin yerləşdirilməsinin “zəruri addım” olduğunu deyib:

“Rusiyanın “İsgəndər” raket komplekslərinin Ermənistan ərazisində yerləşdirilməsi regionda sabitliyin qorunmasına yönəlmiş zəruri addım idi”.

S.Sarkisyanın sözlərindən aydın olur ki, bu komplekslər Ermənistana satılmayıb və ya hədiyyə olunmayıb. Sadəcə, Rusiya bu kompleksləri Gümrüdəki hərbi bazasında yerləşdirib.

Sarkisyan deyib: “Sirr deyil ki, Azərbaycan son illərdə yeni silahlar əldə edib. Biz Azərbaycanın malik olduğu maliyyə imkanlarına sahib deyilik. Bununla belə, vəziyyəti balanslaşdırmağa çalışırıq. Fikrimcə, “İsgəndər” raket kompleksləri məhz belə bir addımdır”.

Bizimxeber.az 



Ermənistandakı “İsgəndər” kompleksləri Rusiyaya məxsusdur yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə