Ermənistanda yeni etiraz aksiyası
Ermənistanda yeni etiraz aksiyası
31 İyul 2016 / 18:53 / Baxış sayı: 982
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistanın Sisyan rayonunda yüzlərlə adam etiraz aksiyasına çıxıb.

Aksiya iştirakçıları beynəlxalq avtomobil yolunu bağlayaraq barrikadalar qurublar.

*   *   *14:55

Yerevanda “Sasna tsrer” qrupunun üzvü Seto Nazaryan yaralanıb. O, sinəsindən güllə yarası alıb.

Məlumata görə, Seto Yerevana Barselonadan qiyamçılara qoşulmaq üçün gəlib.

Artıq onun əməliyyat olunmaq üçün xəstəxanaya aparıldığı bildirilir.

Bu arada qiyamçıların lideri Pavel Manukyanı xərəkdə məhkəməyə gətiriblər. Məhkəmə cəmi 5 dəqiqə çəkib və P.Manukyan barəsində 2 aylıq həbs qərarı verib.

Polisin yaydığı məlumatda isə bildirilir ki, qiyamçılardan iki nəfəri təslim olub.

*   *   *14:11

Yerevanda faktiki olaraq fövqəladə vəziyyət hökm sürür. Küçələrdə əli avtomatlı polislər növbə çəkir.

Bütün maşınlar, piyadalar yoxlanılır,

Ən ciddi yoxlamalar metronun giriş-çıxışlarında müşahidə olunur.

**

Bu arada Ermənistan polisi dünən polis əməkdaşının ölümünə səbəb olmuş güllənin uçuş trayektoriyasını dərc edib.

*   *   *13:05

Ermənistan parlamenti Yerevanda polis bölməsinə hücumda Qarabağdan gətirilən qoşunların iştirak etdiya barədə bəyanat yayıb.

* * *

Yerevanda ələ keçirilmiş polis binasının ətrafında vəziyyət gərgin olaraq qalır. Doğrudur, zirehli texnika küçələrdən yığışdırılıb, polislərin sayı da azalıb, amma ara-sıra yenə partlayış səsləri eşidilir.

Ən güclü partlayış saat 11:20-də baş verib.

Onun təsirindən hətta qonşu küçələrdə park edilmiş avtomobillərin siqnalizasiya sistemləri də işə düşüb.

*   *   *12:50

Yerevandakı qiyamçı qrupun üzvü Varujan Avetisyan deputat Zauri Postancyan vasitəsilə yeni bəyanat göndərib.

Virtualaz.org bildirir ki, bəyanatda deyilir: “Biz, “Sasna Tsrer ” üsyançı hərəkata start verdik. Ümumxalq üsyanı başladı və onun qələbəsinə az qalıb. Belə bir vəziyyətdə “Sasna Tsrer” üçün əsas məsələ qan tökülməsinə yol verməməkdir. Burada isə həlledici faktor Jirayr Sefilyanın danışıqlardakı missiyası və son sözü olacaq.

Biz Serj Sarkisyanı bu şərtləri qəbul etməyə və Jirayr Sefilyanın bizimlə görüşünü təmin etməyə çağırırıq. Əks halda, axacaq qanlara görə məsuliyyət Sarkisyanın üzərinə düşəcək.

Biz eyni zamanda xalqı təkliflərimizin həyata keçirilməsi naminə hər şeyi etməyə və mənasız qan tökülməsinin qarşısını almağa çağırırıq”

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə